3 çimərlikdə bağırsaq çöpü bakteriyalarının normadan çox olduğu müəyyənləşdi

“Çimərliklərin yay istirahət mövsümünə hazırlığı ilə əlaqədar mütəmadi olaraq keçirilən monitorinqlərin nəticələrinə əsasən Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazisində formalaşan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığı üçün bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq olub. Aparılmış laborator analizlərə əsasən, modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılan sahələrdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilib”.

Etikxeber.az-ın xəbərinə görə, bu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin 2016-cı il üzrə illik hesabatında öz əksini tapıb. Hesabat ilində ətraf mühitin mühafizəsi istiqamətində Bakı şəhərinin sahil zolağında keçirilən monitorinqlər nəticəsində Pirallahı və Sahil Bioloji Təmizləyici Qurğulardan, Zığ Mexaniki Təmizləyici Qurğudan, “Keşlə”, “Əhmədli”, “Köhnə Günəşli” yağış suları kollektorlarından, Hövsan və “32-ci kanal”dan, Qaradağ rayonunun Ələt qəsəbəsindəki axarlardan təhlillər üçün götürülmüş su nümunələrində kimyəvi çirkləndirici komponentlərin miqdarının normadan artıq, mikrobioloji baxımdan çirkli olduğu müəyyənləşib.

Hesabatda qeyd olunub ki, Bakı şəhərinin Qaradağ, Xəzər və Sabunçu rayonlarının sahil zolağında keçirilmiş ekoloji monitorinqlər zamanı sahil zolağında yerləşən qəsəbələrdə formalaşan tullantı suların təmizlənmədən dənizə və sahil zolağına axıdılması, eyni zamanda bərk məişət tullantılarının sahil zolağına atılması nəticəsində bataqlıqlaşmış sahələrin yaranması müşahidə edilib.

Ötən il Sumqayıt inzibati rayonu ərazisinin “Hacı dərəsi”, “Azərboru” kollektoru, H. Z. Tağıyev adına və “Kimyaçılar” qəsəbələrində formalaşaraq dənizə axan tullantı sularından götürülmüş su nümunələrində kimyəvi çirkləndirici komponentlərdən ammonium ionu, nitritlər, sintetik səthi aktiv maddələr və oksigenə biokimyəvi tələbat normadan artıq, mikrobioloji baxımdan çirkli olduğu müəyyən edilib: “Sumqayıtçayın ətrafında yerləşən müəssisələrin məişət fekal və sənaye tullantıları bu çay vasitəsi ilə dənizə axıdıldığı üçün Sumqayıtçay “qaynar nöqtə” olaraq qalmaqdadır”.

Etikxeber.az

Read Previous

Zakir Həsənov ön xətdə yerləşən bölmələrin hazırlığını yoxlayıb – FOTO

Read Next

Növbəti intihar xəbəri Nardarandan gəldi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir