“3-cü bir ölkə Şimali Koreya-ABŞ məsələsində vasitəçi olmalıdır” – Fransisk

Roma Papası Fransisk Şimali Koreya-ABŞ gərginliyinin getdikcə təhlükəli həddə çatdığını bildirərək, qarşılıqlı anlaşma əldə olunması üçün üçüncü bir ölkənin vasitəçiliyinin vacibliyini vurğulayıb.

Etikxeber.az “Euronews”a istinadla xəbər verir ki, Qahirəyə səfərini başa çatdıraraq Vatikana yola düşən Papa təyyarədə jurnalistlərə müsahibəsində müharibənin xeyli insanın ölümünə səbəb olacağını diqqətə çatdırıb.

“Müharibə başlayarsa dünya yox olar. İnsanların yarısı deyil, böyük hissəsi ölər. Bu, qorxulu mənzərədir. Münaqişənin tezliklə sülh yolu ilə həll olunması lazımdır” – deyə, Roma Papası bildirib.

Etikxeber.az

Read Previous

“Bakı Marafonu-2017″yə Leyla və Arzu Əliyevalar da qatıldı – FOTOLAR – YENİLƏNİB

Read Next

“AKP-nin əliylə AKP-nin altı oyulur, yazıqlar olsun” – ŞAMİL TƏYYAR “ÜSYAN” ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir