3-cü dərəcəli “Rəşadət” ordenli İkinci Vətən Müharibəsi Şəhidi, tək övlad, anası tərəfindən təkbaşına böyüdülən-SAMİR ƏLİYEVİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN ÜÇ İL KEÇDİ…

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Samir Əliheydər oğlu Əliyevin Anım Günüdür.

Samir Əliyevin bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.

Etikxeber.az-ın xəbərinə görə, Samir Əliyev 1999-cu ilin 9 avqust tarixində Bakı şəhərində dünyaya gəlib.

Anası Sevda Əlizadə tərəfindən təkbaşına böyüdülüb.

Bakı şəhərinin Xətai rayonunda yerləşən 55 saylı tam orta məktəbdə oxuyub.

Uşaqlıqdan hərb sənətinə böyük marağı olub və orta məktəbi bitirdikdən sonra, 2016-2020-ci illərdə ali hərbi təhsilə yiyələnib, Heydər Əliyev adına Ali Hərbi Məktəbi (AAHM) bitirib, Leytenant rütbəsində Azərbaycan Ordusunda fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsinin başlaması ilə də əlaqədar döyüşlərə atılıb və şərəfli föyüş yolu cəmi 3 gün çəkib.

Sentyabrın 29-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub.

Ancaq nəşi 16 gündən sonra əldə edilib və oktyabr ayının 15-də İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra isə medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib…

Cəmi 21 yaşında Şəhidlik məqamına ucalan Samir həm də nişanlı olub.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, çıxışlar olunacaq, adına ehsan veriləcək.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

15 oktyabr Şəhidləri: CƏMİL MƏMMƏDLİ, ƏFQAN HƏMZƏYEV VƏ SAMİR FƏRZƏLİYEV – BU GÜN HƏR ÜÇ ŞƏHİDİN ANIM GÜNÜDÜR…

Read Next

“Şəhidlə Şəhidəm” kitabının təqdimat ünvanı bu dəfə-SALYAN OLDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir