3 min 560 nəfər peşə hazırlığı kurslarına cəlb edilib – NAZİRLİK

İşçi qüvvəsinin daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Etikxeber.az-a verilən məlumata görə, qurum tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, cari ilin yanvar-noyabr aylarında əlavə olaraq 3min 560 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

Həmin vətəndaşlara dərzi, elektrik montyoru, kompyuter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, xalçaçılıq, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı, qənnadçı, bərbər və s. peşələr öyrədilib. Kursları uğurla başa çatdıran şəxslərə peşə sertifikatları verilib. Onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün nazirliyin aidiyyəti rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən müvafiq işlər aparılıb.

Qeyd edilən şəxslərdən 3 mni 240 nəfəri (o cümlədən 130 nəfər əlilliyi olan şəxs) üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. 320 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində seçdikləri peşələr üzrə kurslara qəbul olunublar. Həmin gənclər mərkəzdə peşə bacarıqlarına yiyələndikləri müddətdə onların burada dövlət hesabına tibbi xidmətlərlə, yataqxana və yeməklə təminatı həyata keçirilib. Onlar cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmaları üçün sosial reabilitasiya yönümlü tədbirlərə də cəlb ediliblər.

Əmək bazarının tələbləri əsasında gənclərin düzgün peşə və ixtisaslara istiqamətləndirilməsi üçün yanvar-noyabr aylarında valideylərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində əlavə olaraq 102 337 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların böyük əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.

Etikxeber.az

Read Previous

Azərbaycanın bir neçə ölkədəki səfiri geri çağırıldı

Read Next

Əliyev qazaxıstanlı həmkarını və Bəhreyn kralını təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir