“3 modul tipli xəstəxanın açılışnda ölkə Prezidentinin verdiyi mesajlar hər birimiz üçün vacib və önəmlidir”-JALƏ ƏLİYEVA YAZDI

Bu ilin yanvar-fevral aylarından dünyanı caynaqlarına keçirmiş koronavirus pandemiyası, koronvirus bəlası öz pəncələrini hələ də insanlığın, bəşəriyyətin üzərindən çəkmək istəmir…

Nəinki istəmir, əksinə, gündən-günə daha da bərk, möhkəm yapışır, insanlığı, dünyanı qorxusu altında saxlamaqda, inlətməkdə davam edir…

Ara-sıra azalmalar, enmələr olsa da, bunlar keçici, ötəri xarakteri daşıyır, insan həyatları, ölkə iqtisadiyyatları yenə göz görə-görə çökməkdə davam edir…

Dünya hələ də bunun-bu bəlanın qarşısında əlacsız vəziyyətdə qalmaqdadır…

Təbii ki, dünyanın bir parçası olan ölkəmizdə də koronavirus pandemiyası yaşanmaqda, öz zərərlərini, fəsadlarını göstərməkdədir.

Ölkəmizin, xüsusilə də, dövlət başçımızın vaxtında, zamanında, məqamında atdığı unikal, qabaqlayıcı, önləyici tədbirlər nəticəsində bu bəlanın digər ölkələrdə olduğu kimi, bizdə də daha böyük itkilər və fəsadlar yaşatmasının qarşısı alındı, istər yoluxma, istərsə ölüm halları kritik həddə çatmadı.

Həm də dalbadal verilən qərarlar, fərmanlar, sərəncamlar, keçirilən açılışlar nəticəsində insanlarımızın, iqtisadiyyatımızın bu bəladan nisbətən daha az itkisiz, daha az fəsadsız, daha az zərərsiz ötüşməsi mümkünləşdi.

Bəlkə də bir çox ölkələrin illik büdcələri həcmində Azərbaycanda təkcə 3, 5 milyardlıq sosial paket icraya yönəldildi…

İnsanların əhval-ruhiyyəsinin aşağı düşməsinin, ümidsizləşməsinin önü alındı…

Bunlar da adi, sıradan məsələ deyil və kimsəyə də asan görünməsin…Tarixi, böyük, möhtəşəm addımlardır.

Ancaq çox təəssüflər olsun ki, bu qədər görülən işlərə, atılan addımlara baxmayaraq, son zamanlar ölkəmizdə koronavirusa yoluxma, həmçinin, ölüm halları artmaqdadır. Bu isə narahatlıq doğurmaya bilməz.

Çox əfsuslar olsun ki, yoluxma hallarının və nəticə etibarı ilə ölümlərin sayının artmasında insanlarımız, bəzi vətəndaşlarımız özləri də günahkardır…Çünki hələ də bu bəlanı ciddiyə almayanlar, “oyun” hesab edənlər, laqeydlik, biganəlik, məsuliyyətsizlik göstərən vətəndaşlarımız var…

Onlar hələ də məsələnin, təhlükənin ciddiyyətini anlamayaraq, masklardan, əlcəklərdən istifadə etməməkdə, sosial məsafəni gözləməməkdə davam edir, inadkarlıq göstərirlər…Onlar anlamırlar ki, bu addımları ilə həm özlərinin, həm də yaxnlarının, ərtaflarındakı insanların həyatlarını risq, təhlükə altına salırlar…

Çox böyük səhvə və yanlışlığa yol verir, məsuliyyətsizlik nümayiş etdirirlər. Bircə anlıq son günlərin statistikasına baxsınlar və görsünlər ki, nələr yaşanır.

Bildiyiniz kimi, ötən həftənin şənbə və bazar günləri Bakı da daxil olmaqla, 4 bölgəmizdə sərt addımlar seçildi, karantin qaydaları sərtləşdirildi, evdən çıxmaq, nəqliyyatın hərəkəti və sair yasaqlandı…

Bəzi xırda-xoşagəlməz nüansları çıxmaqla, insanlarımız verilən qərarlara əməl etdilər, sətləşdirilmiş karantin şərtlərinə tabe oldular. Və dərhal da nəticə özünü göstərdi, əvvəlki günlərlə müqayisədə koronavirusa yoluxmada azalma yaşandı…

Ancaq həyat yenidən normal axarına, axışına dönən kimi, yenidən yumşadılma qərarlarından sui-istifadə halları artdı, həmçinin, son 4 gündə yoluxma halları üzü yuxarıya, artıma doğru irəlilədi… Dünənin məlumatına görə, 352 vətəndaşımızda yeni yoluxma faktı aşkarlandı, həm də üzücü ölüm faktları yaşandı…

Onu da nəzərə çatdırım ki, Operativ Qərargah tərəfindən yenidən sərtləşdirmə, yasaqlama qərarları ortaya qoyuldu. Həm ölkə üzrə karantin rejiminin vaxtı iyulun 1-dək uzadıldı, həm də nəinki 4, əlavə 5 bölgə ilə – bütövlükdə 9 rayon və şəhərimizlə bağlı sətləşdirilmiş karantin tədbirləri qərara alındı. Yəni, ayın 14-ü və 15-i tarixlərində 9 bölgəmizdə insanların, nəqliyyatın fəaliyyətinə, hərəkətinə qadağa qoyuldu və sairə.

Hesab edirəm ki, nə qədər çətin olsa da – xüsusilə, havaların istiləşməsi, əsəblərin tarıma çəkilməsi fonunda – bu, olduqca vacib və zəruri addlmlar idi…Bunlara ehtiyac duyulur və var…Əgər bu bəladan birdəfəlik xilas olmaq, qurtulmaq istəyirsə, bu qərarlara, karantin şərtlərinə də hamılıqla əməl edilməlidir, əməl etməliyik…

Ən azı ölkə Rəhbərimizdən, Birinci xanımdan nümunə, örnək götürməliyik və götürülməlidir.

Hər kəs də şahiddir ki, istər ölkə Prezidenti, istərsə də Birinci xanım hara gedirlərsə, hansı qapalı məkanlarda olurlarsa, tibbi maskalardan istifadə edir, sosial məsafəni gözləyirlər. Və bununla həm də hər kəsə örnək göstərir, mesaj verirlər.

Növbəti 3 modul tipli xəstəxanın açılışnda da ölkə Prezidentinin səsləndirdiyi kimi, vətəndaşlar bu çox sadə qaydalara (tibbi maskalardan istifadəyə və sairəyə) əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.

“Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin”-deyən dövlət başçımız hər bir məsələdə nümunə olduğu kimi, bu məsələdə də örnək olduğunu bir daha sərgiləmiş və gözlər önünə sərmiş oldu.

Bəli, bizlər də bu nümunədən, bu örnəkdən yararlanmalıyıq, özümüzə tətbiq etməliyik, dövlətimizə, dövlət başçımıza həmrəyliyimizi, dəstəyimizi nümayiş etdirməlik.

Yalnız bu zaman bu bəlaya da qalib gələ və birlikdə də güc ola bilərik!

Jalə ƏLİYEVA.

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor

Etikxeber.az

Read Previous

“Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz”-SPİKER – FOTO

Read Next

“Eşələnin…”-FAZİL MUSTAFA ƏVVƏLKİ MÖVQEYİNDƏ QALDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir