3 nəfər avtomobildə diri-diri yanaraq öldü – BAKIDA AĞIR YOL QƏZASINDA

Bu gün Bakı şəhəri, Suraxanı rayonunda “VAZ” və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Etikxeber.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb, avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilmişdir.

Digər avtomobil yanğından mühafizə olunub.

Əməliyyat saat 09:02-də başa çatıb.

Etikxeber.az

Read Previous

Ölkə vətəndaşlarının Avropaya vizasız gedişi müzakirə olunur – XİN

Read Next

Külli miqdarda siqaret aşkarlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir