3 övladı Vətənə əmanət qalan 4 medallı Baş gizir-ŞƏHİD RAMİL QULİYEV… – FOTOLAR

Kürdəmirin İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən və Şəhidlərindən biri də Ramil Nuralı oğlu Quliyevdir…

Vətən sevdalısı, Qəhrəmanlıq Dastanı yazan oğullardan biri-Nur üzlü Şəhidimiz -Baş gizir Ramil Quliyev…

Ramil Quliyev 1980-ci ilin 10 dekabr tarixində (ancaq kimliyində doğum tarixi 1981-ci ilin 28 yanvar tarixi kimi göstərilib) Kürdəmirin Qarasu kəndində sadə bir ailədə anadan olub…

1987-1998-ci illərdə Qarasu kəndində Şəhid Elşad Qurbanov adına orta məktəbdə oxuyub…

Orta məktəbi qurtardıqdan bir müddət sonra hərbi xidmətə yollanıb…

Hərbi xidmətini, Əsgərliyini başa vurduqdan sonra-2001-ci ildə Gizirlik kursunu oxuyub, həyatını, taleyini yenidən hərblə, Ordu ilə bağlayıb…

20 il ərzində də peşəkar hərbçi kimi qüsursuz xidmət edib…

Və qüsursuz xidmətə görə, 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub…

20 ilinin tamamında, xidmət müddəti başa çatdıqda isə “Hələ gəncəm, çıxıb neyləyəcəm?!”-deyib və xidmət müddətini, müqaviləsini daha iki illiyinə uzatdırıb…

Və İkinci Vətən Müharibəsi başlayan ilk gündən, ilk saniyələrdən də Baş gizir, peşəkar hərbçi kimi döyüşlərə atılıb…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb..

Döyüş yolu 4 gün çəkib və sentyabrın 30-da Füzuli istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Nəşi doğulub boya-başa çatdığı Qarasu kəndinə gətirilib və kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Ölümümdən sonra 4 medalla-“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”“Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Ramil həm də ailəli, 3 övlad atası olub…

3 övladı, iki oğlu-Ramalla Ümid və bir qızı-balaca Mədinə Vətənə əmanət qalıb…

Atalarının torpağı sanı yaşasınlar, ruhu köməkləri olsun!

Böyük Yaradan Şəhidimizin-Ramil Quliyevin məkanını cənnətlik etsin, Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

Azərbaycan var olduqca, Azərbaycan xalqı yaşadıqca, Ramil də, Ramillər də var olacaq, yaşayacaqlar!

Ruhları, ruhu qarşısında baş əyirik, baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Rəhim kimi igid oğullarımızın hər biri baş tacımızdırlar… Yoxluqlarına üzülürük…”-JALƏ ƏLİYEVA – FOTOLAR

Read Next

“Bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq…”-İlham Əliyevlı Mehriban Əliyeva Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə-GÖRÜŞDÜLƏR – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir