3 qadın, 1 kişi taekvandoçumuz qələbə ilə başladı…YENİLƏNİB

Bakı İdman Sarayında keçirilən taekvando yarışlarında qadınların mübarizəsində 67 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Əzizova iranlı Parisa Cavadikouçaksarael ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, birinci Avropa Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçısı, “Bakı-2017″nin idmançı səfiri rəqibinə 10:4 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Yarışlarda kişilər arasında 80 kiloqram çəki dərəcəsində mübarizə aparan taekvandoçumuz XXXI Yay Olimpiya Oyunlarının bürünc medalçısı, ilk Avropa Oyunlarının çempionu Milad Beigi Hərçəqani isə Maced Almabruk (Səudiyyə Ərəbistanı) ilə qarşılaşıb. Rəqibini böyük üstünlüklə – 21:2 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələyə vəsiqə qazanıb.

***

49 kiloqram çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova (49 kq) Fələstin təmsilçisi Layan Caberlə ilə üz-üzə gəlib.

Rəqibindən 19:7 hesabı ilə üstün olan Rio Olimpiadasının bürünc medalçısı “Bakı-2017″də ilk qələbəsini qazanaraq növbəti mərhələyə adlayıb.

Etikxeber.az

Read Previous

“Göstərə biləcəyimiz ümumi səyləri nəzərdən keçiririk…” – ƏRDOĞAN – FOTO

Read Next

Atıcılıq yarışlarının sonuncu günündə 8 idmançımız mübarizəyə qoşulub – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir