3 rayon üzrə müəllim və valideynlərin müraciətləri dinləniləcək – BŞTİ

Yanvarın 31-də paytaxtın Xəzər, Sabunçu və Pirallahı rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Etikxeber.az-a bildirilib ki, 326 nömrəli tam orta məktəbdə təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən müəllim və valideynlərin müraciətləri dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Etikxeber.az

Read Previous

“Özümü bu məsuliyyəti şərəflə daşımağa hazır hesab edirəm” – VÜQAR BAYRAMOV – FOTOLAR

Read Next

“Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitliyə əsasdır” – BU FİKİR AŞPA-DA SƏSLƏNDİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir