3 YAP-çı deputat-HÜSEYNOVA VƏ MƏMMƏDOVLAR VƏZİFƏLƏRİNDƏN GETDİLƏR – SƏRƏNCAMLAR – YENİLƏNİB

Prezidenti İlham Əliyevin Sərəncamı ilə millət vəkili Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

Etikxeber.az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Hicran Kamran qızı Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin.

***

Prezidentin imzaladağı digər sərəncamlarla Aqil Məmmədov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, Ceyhun Məmmədov isə İlahiyyat Universitetinin rektoru vəzifəsindən azad ediliblər.

Qeyd edək ki, hər üçü millət vəkili seçildiklərinə görə, vəzifələrindən getməli olublar.

Hər üçü də YAP-ın təmsilçiləridir.

Etikxeber.az

Read Previous

Prezident sabiq icra başçısı və XALQ ARTİSTİNİ-TƏLTİF ETDİ – SƏRƏNCAMLAR

Read Next

Milli Məclisin iclasından öncə-YAP-ÇI DEPUTATLARIN SABAH QAPALI TOPLANTISI KEÇİRİLƏCƏK, SON QƏRAR VERİLƏCƏK…- ÖZƏL

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir