3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin həcmi artırılsın – TƏKLİF

Hadi Rəcəbli: “Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, o, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim gündəmimizdədir, həm də hörmətli nazirimiz Səlim Müslümovun gündəmində, diqqətindədir”

“Uşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın, bu məsələ təkmilləşdirilsin. Yəni, 3 yaşınadək uşağı olan ailələri verilən müavinətlərin həcmi artırılsın və bu, 3 il müddətinə dəyişdirilməsin”.

Etikxeber.az xəbər verir ki, bunu  büdcə zərfinə daxil olan qanun layihələrinin Milli Məclisin (MM) daha 5 komitəsinin – Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq  məsələləri komitələrinin birgə iclasında müzakirəsi zamanı parlamentin Ailə, qadın və uşaq  məsələləri komitəsinin sədri  Aqiyə Naxçıvanlı deyib.

aqiya

Komitə sədri məişət zorakılığına da toxunaraq, bu məsələdə vəziyyətin ürəkaçan olmadığını deyib.

O, təklif edib ki, bu yöndə mübarizəni daha effektli və səmərəli təşkil etmək üçün Mili Fəaliiyət Proqramı hazırlanmalıdır.

MM-in Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu məsələ üzərində düşünüldüyünü bildirib.

“Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, o, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim gündəmimizdədir, həm də hörmətli nazirimiz Səlim Müslümovun gündəmində, diqqətindədir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Koxlear implantasiya üçün ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır” – AKADEMİK

Read Next

“AMEA əməkdaşlarının məvacibləri artırılsın…” – GÖVHƏR BAXŞƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir