30 min mənimsəyən dələduza hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Etikxeber.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E. Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Məmmədov vətəndaşları işə düzəltmək adı ilə ümumilikdə 30 min manat pulu mənimsəyib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Etikxeber.az

Read Previous

Keçmiş məhkumlardan silah-sursat götürüldü

Read Next

DİN: Avaralıq və dilənçiliklə məşğul olan 18 nəfər saxlanılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir