“30 nəfər reabilitasiya və reinteqrasiya prosesinə cəlb olunacaq…” – MEHRİBAN ZEYNALOVA

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti 2019-cu il üzrə 5 ci qrant müsabiqəsinin qalibi olub.

Etikxeber.az xəbər verir ki, insan alverinin qurbanları və potensial insan alveri qurbanları üçün sığınacağın fəaliyyətinin gücləndirilməsi üzrə layihənin müddəti 3 aydır.

Oktyabrın 1-də başayacaq və dekabrın 31-də yekunlaşacaq layihə çərçivəsində  30 nəfər reabilitasiya və reinteqrasiya prosesinə cəlb olunacaq.

Sığınacaqda məskunlaşan insan alveri və potensial qurbanların reablitasiyası və reintegrasiyası məqsədilə layihə 6 kompanenti özündə əks etdirəcək.

mehriban zeynalova

İnsan alveri və potensial qurbanların müəyyən edilməsi, sığınacaqla təmin edilməsi; İnsan alveri və potensial qurbanların ehtiyaclarının qiymətləndirilməsi, qida , geyim, təhsil, sosial, psixoloji,  hüquqi və sağlamlıq problemlərinin həlli; Sığınacaqda yaşayan insan alveri və potensial qurbanları üçün reabilitasiya; İnsan alveri və potensial qurbanları üçün sığınacaqda yaşayan qurbanların reabilitasiyası prosesində müxtəlif seminarların təşkili (könüllü);  İnsan alveri və potensial qurbanların peşə bacarıqlarının artırılması (art terapiya,tikmə,hörmə bacarıqları) və İnsan alveri və potensiali qurbanlarının iqtisadi imkanları gücləndirmək məqsədi ilə prakatik peşə bacarıqlarının artırılması,iş yerlərinin tapılması.

Layihənin icrası zamanı məxfiliyin gözlənilməsi şərti ilə dövlət qurumları, qeyri-hökumət təşkilatları, Beynəlxaq Təşkilatlar və o cümlədən KİV-lə sıx əməkdaşlıq ediləcək.

Layihə Daxili İşlər Nazirliyi, Azərbaycan Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun icrasına  birgə dəstək və əməkdaşlığı çərçivəsində “Təmiz dünya” təşkilatı vasitəsilə icra ediləcək. 

Etikxeber.az

 

Read Previous

“Zaman yerində dayanmır…” – PA-NIN ŞÖBƏ MÜDİRİ – YENİLƏNİB – (6) – FOTOLAR

Read Next

Bələdiyyələrlə bağlı ən azı 3 qanuna – DƏYİŞİKLİK EDİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir