“Şəhidlər, Orxanlar bizim üçün örnəkdirlər, onlardan öyrənməliyik…”-Vüqar Rəhimzadə – 30 yaşında Şəhid olan Orxan İsmayılovun-ANIM VƏ BARALYEFİNİN AÇILIŞ MƏRASİMİ KEÇİRİLDİ – FOTO-VİDEO – YENİLƏNİB – (2)

Bu gün, 4 oktyabr İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan İsmayılovun Anım Günüdür.

4 oktyabr tarixində Orxan İsmayılovun Şəhidliyindən və torpağa tapşırılmasından bir il keçir.

Şəhidliyinin bir ilinin tamamında, yəni, bu gün Orxan İsmayılovun həm anım mərasimi keçiriləcək, həm də yaşadığı binada baralyefinin açılışı olacaq.

Etikxeber.az xəbər verir ki, bir il öncə-bu gün 30 yaşında Şəhidlik mərtəbəsinə, məqamına ucalmış İsmayılov Orxan Zöhrab oğlu 23.01.1990-cı il tarixində Ucar rayonunun Məlikballı kəndində, sadə, zəhmətkeş bir ailədə anadan olub.

Sonra ailəsi ilə birlikdə Bakıya köçüb, Bakıda yaşayıb…

O, 1997-ci ildə Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı məktəbin 1-ci sinfinə gedib…

2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra, yəni, elə həmin ildə də Ucar rayonunun Məlikballı kənd tam orta məktəbində təhsilini (10-11-ci sinifləri) davam etdirib…

2008-ci ildə 11-ci sinfi bitirib, həmin ildə də hərbi xidmətə yollanıb…

Hərbi xidmətini Bərdə rayonundakı hərbi hissələrdən birində keçirib, tankcı vəzifəsində xidmətə başlayıb….

02.01. 2010-cu il tarixində isə ordu sıralarından ehtiyata buraxılıb və elə həmin ildən avtomobil servisində çilingər vəzifəsində işləməyə başlayıb…

Cəmi bir il sonra, 21 yaşında, 2011-ci ilin noyabr ayının 15-də də ailə həyatı qurub, iki övladı dünyaya gəlib…

Böyük oğlu İsmayilzadə Zöhrab Orxan oğlu 27.12. 2012-ci ildə, kiçik oğlu İsmayılzadə Ayxan Orxan oğlu 14.02. 2014-cü ildə anadan olub…

2020-ci ilin 21 sentaybr tarixində isə könüllü olaraq, səfərbərliyə cəlb olunub və cəmi 6 gün sonra İkinci Qarabağ Müharibəsi ilə əlaqədar döyüşlərə yollanıb…

…Və bir həftə sonra, oktyabrın 4-ündə Füzuli istiqamətində döyüşlərdə Vətən yolunda qəhrəmancasına həlak olaraq, Səhidlik zirvəsinə ucalıb…

Şəhidimiz elə doğulduğu Ucar rayonunun Məlikballı kəndində də torpağa tapşırılıb…

Şəhidimiz ölümündən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…

***

Qeyd etdiyimiz kimi, bu gün-Şəhidliyinin bir ilinin tamamında Orxan İsmayılovun həm anım mərasimi keçiriləcək, həm də yaşadığı evdə baralyefinin açılışı olacaq…

Açılış mərasimi saat 11:00-da başlayacaq və bir saata yaxın davam edəcək…

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Bakının Səbail rayonundan və digər bölgələrdən olan Şəhid ailələri, məktəblilər və digər şəxslər iştirak edəcəklər…

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək və baralyefin açılışı olacaq.

Baralyefin açılışından sonra isə Şəhidin anım mərasimi başlayacaq, adına ehsan süfrəsi açılacaq.

Nur içində yatsın, məzarı, məkanı behiştlik olsun!

01:10

***

Saat 09:20…

Hazırda Şəhidimiz Orxangildəyəm…

Ailəsinə-valideynlərinə, yaxınlarına başsağlığı verir, onlara Allahdan səbr diləyirəm…

“Cəmi Şəhidlərimizin, içində də Orxanın məkanı cənnətlik, məzarı behiştlik olsun!”-deyirəm…

…Anım mərasiminə və baralyefinin açılışına son hazırlıq işləri görülür…

Bir azdan, saat 11:00-da baralyefinin açılışı, ardınca isə anım mərasimi başlayacaq…

Orxangil həm də ailədə iki uşaq, bir bacı, bir qardaş olublar…

Özünün də iki övladı var…

Ruhu balalarına, ailəsinə, əzizlərinə kömək olsun!

Torpağı sanı yaşasınlar!

09:30

***

NUR ÜZLÜ ŞƏHİDİMİZİN, EVİN-AİLƏNİN TƏK OĞLU…ORXAN İSMAYILOVUN NUR SİMALI ƏZİZLƏRİ-ANASI HƏCƏR XANIM, ATASI ZÖHRAB KİŞİ, YOLDAŞI FƏRQANƏ XANIM, BACISI ÜLVİYYƏ XANIM, ÖVLADLARI- BABASININ ADAŞI ZÖHRAB VƏ AYXAN…

10:33

***

Saat 11:00…

Şəhidin baralyefinin və Şəhid parkının açılışı mərasimi başlayır…

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, qonşuları, Bakı və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid ana və ataları, Qazilər, Xətai rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının rəhbərliyi və üzvləri, məktəblilər və digər şəxslər iştirak edirlər…

Mərasim Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin oxunması ilə başlayır…

İlk öncə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev çıxış edir, Şəhidin ailəsinə səbr diləyir.

Eyni zamanda qeyd edir ki, Şəhidlər bizə Qələbə və Zəfəri yaşatdılar, onlar Qələbə və Zəfər Şəhidlərirdir.

“Tarix boyu, bu günə kimi çox qələbələrimiz olub. Amma ən böyük Qələbə 44 günlük İkinci Vətən Müharibəsi, müharibənin Zəfərlə başa çatdırılması, torpaqlarımızın işğaldan azad olunması oldu…Məhz Şəhidlərimiz, Qazilərimiz bizlərə bu Qələbə və Zəfəri yaşatdılar…”-deyə, o, əlavə edir.

YAP Xətai rayon təşkilatının sədri, sabiq deputat Vüqar Rəhimzadə isə İkinci Vətən Müharibə Şəhidlərinin hər birimiz üçün örnək olduğunu deyir.

Bildirir ki, onlardan öyrənilməli və əxz edilməldir.

“Onlar öz qanları, canları, Şəhidlikləri ilə bir örnək oldular…Onlar 30 illik münaqişəni 44 günə Qələbə və Zəfərlə başa çatdırdılar…Onlardan öyrənməliyik, onları gələcək nəsillərə təbliğ etməliyik…Onlar ölməyiblər, onlar ölməzdirlər, onlar yaşayırlar…Gələcəkdə də onlar haqqında filmlər çəkiləcək, əsərlər, mahnılar, yazılacaq, rəsm əsərləri yaradılacaq…Onların xatirəsi hər zaman yaşayacaq və yaşadılacaq”-deyə, Vüqar Rəhimzadə sonra bildirir.

Təbdirdə tanınmış sənətçi Azad Şükürlü, məktəblilər və digər şəxslər çıxış edirlər…

Məktəblilər Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirirlər…

Şəhidin atası Zöhrab İsmayılov mərasim iştirakçılarına ailəsi və özü adından minnətdarlığını ifadə edir…

Onları belə bir günə tək qoymadıqları üçün hər kəsə təşəkkürünü çatdırır…

Həmçinin, övladının İgidliyi, Qəhrəmanlığı, Şəhidliyi ilə Fəxr etdiyini bildirir…

Təxminən 50 dəqiqə çəkən açılış mərasimindən sonra Şəhidin anım mərasimi başlayır, ruhuna dualar oxunur…

Sonda isə Şəhidin adına ehsan verilir…

Anım mərasimi təxminən 4 saata yaxın davam edir.

16:10

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılacaq-FƏRMAN

Read Next

Parlamentin komitə sədri-ŞƏHİDLƏR ANASI İLƏ GÖRÜŞDÜ, GÖRÜŞ DUYĞULU VƏ İSTİ ORTAMDA KEÇDİ…-FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir