30 yaşlı Əfsanəvi Xüsusi Təyinatlı, 12 medallı, Goranboylu, Qazi Tural Əliyev-YUBİLEY DOĞUM GÜNÜNƏ DOSTLARI-HƏRBÇİ VƏ DÖYÜŞÇÜ YOLDAŞLARI GƏLİB… – FOTOLAR – YENİLƏNİB

Azərbaycanın İgid, Qəhrəman övladlarından, Əfsanəvi Xüsusi Təyinatlılardan olan əslən Goranboylu-Düzqışlaqlı, ailənin iki oğlan övladından biri, bir qız atası, 12 medallı, 3-cü qrup müharibə əlili, Qazi Tural Əsgər oğlu Əliyevin ocağında, ata yurdundayıq…

Ömrünün düz 10 ilini Azərbaycan Ordusuna, Xüsusi Təyiantlı Qüvvələrə həsr etmiş, Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin, “Qisas” əməliyyatının, bir neçə xüsusi əməliyyatın iştirakçısı və yaralısı olmuş, 4 dəfə orden Haqqı tanınmamış Tural Əliyevin bu gün doğum günüdür…

Bu gün Onun özəl və əlamətdar günüdür…

Vətən sevdalısı Tural Əliyevin bu gün 30 yaşı tamam olur…

30 illik yubileyi ilə bağlı ailə daxilində təşkil edilən xudmani məclisə isə ailə üzvləri və hərbçi, döyüşçü yoldaşları, Əfsanəvi Xüsusi Təyinatlılar toplaşıblar…

Keçmiş Əfsanəvi Xüsusi Təyinatlılar-Pərvin Hüseynov, Samir Ağayev, Turan Ələkbərov Baba İsrafilov hərbçi və döyüşçü yoldaşlarının, həm də can dostlarının yubileyinə-təbrikə gəliblər…

Və xoş, səmimi, ürəkdən gələn sözlər, təbriklər bir-birini əvəzləyir…

Can sağlığı, uzun ömür, ailə səadəti arzulanır…

Və bu xoş sözlərin, təbriklərin bir ünvanı var-o da Tural Əliyevdir…

Yubiley doğum günü, 30 yaşı mübarək olsun!

Ailəsi, sevənləri və sevdikləri ilə birlikdə 100 il sağlıqlı və huzurlu ömür yaşasın!

Allah qorusun!

Doğum günü bir daha mübarək olsun!

17:59

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qızılhacılı Şəhidləri Hüseyn Nəsibov və Fariz Qurbanovun “Qara bayramı”nda-MƏZARLARI ZİYARƏT OLUNDU, HƏR İKİ ŞƏHİDİN OCAĞINDA MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Vətən Müharibəsi Qəhrəmanı Vüqar Ağayev və orden Haqqı hələ də tanımayan Vüsal Teymurov-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir