300-dən çox seçicini dinlədi-ONLARA VƏ ÖLKƏ VƏTƏNDAŞLARINA YENİDƏN ÇAĞIRIŞ ETDİ

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə Paşayeva son 1 həftədə Tovuz rayonundan olan 300-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb, onların müraciətlərini, qayğılarını dinləyib, geniş fikir mübadiləsi aparıb və həlli istiqamətində bir sıra qurumlarla, təşkilatlarla müzakirələr aparıb.

Etikxeber.az-ın xəbərinə görə, eyni zamanda, millət vəkilinin köməkçisi tərəfindən 250-dən çox müraciət dinlənilib.

Millət vəkili həmin məsələlər barədə də aidiyyatı qurumlara müraciətlər edib.

Müraciətlərin bir hissəsi öz müsbət həllini tapıb.

Bəzi seçicilərin müraciətləri ilə bağlı isə millət vəkili müvafiq qurumlara rəsmi müraciətlər göndərib.

Müzakirələr zamanı Q. Paşayeva seçiciləri ilə koronavirus pandemiyasından qorunmaq istiqamətində maarifləndirici fikir mübadiləsi də aparıb.

Millət vəkili eyni zamanda, ölkə Prezident İlham Əliyevin rəhbərliyi altında COVİD-19-un ölkəmizdə geniş yayılmaması, əhalimizin sağlamlığının qorunması ilə bağlı da geniş məlumatlar verib və onları Covid-19 dan qorunmaq üçün qaydalara əməl etməyə çağırıb.

Etikxeber.az

Read Previous

Şimşək çaxıb, yağış yağıb, sel olub – FAKTİKİ HAVA

Read Next

“Hələ də subsidiya gözləyən vətəndaşların problemini yaxın günlərdə aidiyyatı strukturlarla müzakirə edəcəyəm”-MİLLƏT VƏKİLİ 3 QURUMUN BİRGƏ ƏMƏLİYYATINDAN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir