Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünyada 300 milyona yaxın uşaq yol verilən beynəlxalq normalardan altı dəfə çox çirklənmiş zəhərli hava ilə nəfəs alır. Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) yeni hesabatında bildirilir.
Etikxeber.az BMT-nin saytına istinadla xəbər verir ki, hesabatda hər il təxminən beş yaşına qədər 600 min uşağın çirkli atmosfer havasının təsiri ilə bağlı xəstəliklərdən dünyasını dəyişdiyi qeyd olunur. Havanın çirklənməsinin əsas mənbələri isə nəqliyyat, yanacaq və tullantının yandırılması, kömür elektrik stansiyaları və sənaye müəssisələridir.
Hesabatın müəllifləri xəbərdarlıq edirlər ki, havanın keyfiyyətinin pisləşməsi uşaqların həyat və sağlamlığı üçün ciddi fəsadlara yol açır.
Etikxeber.az