Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir Şəhidimizin ailəsi ilə tanış oldum…
Daha bir Birinci Qarabağ Savaşı Şəhidinin ailə üzvləri-həyat yoldaşı ilə bir araya gəldim…
20 ildən çoxdur Mingəçevir şəhərində üç qız övladı ilə yaşayan Birinci Qarabağ Savaşı Şəhidi Nadir Qara oğlu Qasımovun özü kimi Qəhrəman xanımı Tahirə Eyyubova ilə söhbətləşdim, dərdləşdim…
Qeyd edim ki, Nadir Qara oğlu Qasımov 1961-cı ilin noyabr ayının 6-da keçmiş Ağdərə rayonunun Çərəkdar kəndində (1992-ci ildən Kəlbəcər rayonunun tərkibinə verilib) dünyaya gəlib…
Ailənin 6 övladından biri olub…
Ailədə 3 bacı, 3 qardaş olublar…
O, həm də evin-ailənin böyük övladı idi…
Nadir Qasımov keçmiş milis (polis işçisi), sahə müvəkkili, Leytenant olub…
Və bir Vətən sevdalısı kimi Birinci Qarabağ Savaşında iştirak edib…
1992-ci ilin dekabr ayının 4-də isə Ağdərənin Drambon kəndində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi bir gün sonra, dekabr ayının 5-də Çərəkdar kəndində dəfn olunub…
Şəhid olan vaxt iki qız övladı olub-Nigar və Türanə…
Şəhidliyindən 4 ay 10 gün sonra, 1993-cü ilin aprel ayının 15-də isə sonuncu övladı-üçüncü qızı dünyaya gəlib…
Atasının adını yaşatmaq üçün ona Nadirə adlnı qoyublar…
Hazırda Nigarla Türanə ailəli, Nadirə isə subaydır…
Hər üçü də ali təhsillidir…
Şəhid xanımı, əslən Yevlaxlı olan Tahirə Eyyubova da ali təhsillidir, ibtidai sinif müəllimdir…
Söhbət zamanı Tahirə xanıma Allahdan səbr və dözüm dilədim…
“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…
Fəxrimiz, Qürurumuz, Baş tacımızdır Şəhidimiz-Şəhid Nadir Qasımov!
Azərbaycan xalqı var olduqca, Azərbaycan dövləti yaşadıqca, o da mənən, ruhən var olacaq, bizlərlə yaşayacaq!
Nur içində uyusun!
***
FOTOLAR:





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





