Ailənin 4 övladından biri, 31 yaşında Şəhidlik məqamına ucalan Vətən sevdalısı Daşqın Şəfiyev: CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ, 33 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Kəlbəcərin, həm də Samux rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Daşqın Hidayət oğlu Şəfiyevin ad günüdür.

Daşqın Şəfiyevin bu gün 33 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Daşqın Şəfiyev 1989-cu ilin avqust ayının 22-də sadə bir ailədə dünyaya gəlib.

Əslən Kəlbəcərli olan Daşqın Şəfiyev ailəsi ilə birlikdə Samuxun Seyidlər kəndində yaşayıb.

Ailədə 4 uşaq-2 qardaş, 2 bacı olublar.

İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə könüllü qoşulub.

Döyüş yolu cəmi 10 gün, oktyabrın 25-dən noyabrın 4-dək davam edib.

Axırıncı dəfə də elə həmin gün, noyabrın 4-də ailəsi ilə danışıb.

İkinci Vətən Müharibəsi zamanı bir sıra döyüş bölgələrində olub, döyüşüb, vuruşub və noyabr ayının 4-də, müharibənin başa çatmasına cəmi 6 gün qalmış Laçın istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi ayın 5-də yaşadığı evə gətirilib, noyabrın 6-da isə Seyidlər kənd qəbiristanlığında dəfn olunub.

Daşqın həm də Seyidlərin yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

***

Cənnətdəki ikinci doğum günü, 33 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Ziyarət zamanı çox kövrək, duyğulu anlar yaşanıb.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim keçirilib, adına ehsan süfrəsi açılıb.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, “Quran” oxunub, çıxışlar edilib.

Bir daha ruhuna dualar edilib, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik olunub.

Həmçinin, dini mahnılar, İlahilər səsləndirilib.

Məzarını ziyarətdə və Cənnətdəki ikinci doğum günü ilə bağlı məclisdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Samuxdan, Gəncədən, Goranboydan, Mingəçevirdən, Bakıdan, Sumqayıtdan və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, din xadimləri, İcra başçısı Alı Qocayev başda olmaqla, Samux rayon İcra Hakimiyyətinin rəhbərliyi və başqa şəxslər iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

16:05

***

FOTOLAR:

18:00

MƏZARINI ZİYARƏT…ANA, ANALAR, YANAR AĞLAR…

20:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 144 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Read Next

Getsnlər, fitnə-fəsadlarını və dərd-bəlalarını da özləri ilə aparsınlar!…-MUSA URUDUN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir