Özü balaca, gələcəyi böyük, parlaq olan Səkinə… – FOTOLAR

Azərbaycanın gələcəyi, gələcək tərəqqisi, gələcək inkişafı heç şübhəsiz ki, onun böyükməkdə, yetişməkdə olan nəslinin savadlı, bilikli, elmli, intellektli və məsuliyyətli olmasına bağlıdır…

Yəni, böyükməkdə, yetişməkdə olan nəslin nümayəndələri nə qədər elmli, bilikli, dünyagörüşlü və sairə olsa, Azərbaycanın gələcəyi də bir o qədər işıqlı, bir o dərəcədə parlaq, dahi şairimiz demişkən, imzalar içində əbədi və daimi imzası olar…

Təbii ki, belə, gələcəyi parlaq və Azərbaycanın gələcək inkişafına qatqısı ola biləcək övladları sırasında balaca Səkinə – Səkinə Emin qızı Balazadə də var…

Əslən Azərbaycanımızın dilbər guşələrindən-Quba rayonundan olan Səkinə hazırda doğmaları, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır, orta məktəbətə də burada gedir, Bakı şəhərinin  A. Hüseynzadə adına 20 saylı məktəb-liseyinin 5-ci sinif şagirdidir…

Yaşının azlığına baxmayaraq, artıq balaca Səkinə bir çox uğurlara imza atmaqdadır, bir çox həmyaşıdlarından fərqli olaraq…

Artıq təhsildə qazandığı uğurlara görə, bir sıra fəxri fərmanlara, tərifnamələrə layiq görülüb  və görünən odur ki, bunların davamı da gələcək…

Çünki balaca Səkinə qərarlıdır, istəklidir…

Dərsdən, savada, biliyə sahiblənməkdən başqa bir düşüncəsi yoxdur…

Həm təhsilində, həm də təlim-tərbiyəsində daha da irəliyə doğru addımlamaq, yolundan sapmamaq, ali təhsilə yiyələnmək, bacarıqlı, peşəkar mütəxəssis kimi, xalqına və dövlətinə töhfə verə bilməkdir niyyəti, məqsədi, fikri-zikri…

Yeri gəlmişkən, qeyd edək ki, 2007-ci ildə Quba rayonunda sadə, zəhmətkeş bir ailədə anadan olan Səkinə ibtidai təhsilini Xaçmaz rayonunda-Xaçmaz şəhərində 3 saylı orta məktəbdə alıb…

Ağlı, kamalı, sakit təbiətli olması ilə seçilən Səkinə hələ uşaqlıqda rəsm çəkməyə, hərfləri, rəqəmləri tanımağa, öyrənməyə, yazıb, oxumağa çox həvəsli olub…

Hətta, beş yaşındaykən, orta məktəbə gedərkən bütün hərfləri, rəqəmləri tanıyır, oxumağı və yazmağı tam bilirmiş…

Hazırda Bakıda 20 saylı məktəb – liseyin 5-ci sinif şagidi olan Səkinə məktəbdə keçirilən bütün təbdirlərdə yaxından iştirak edir, fəallığı ilə seçilir, seçilməkdədir…

Öz bilik və bacarığına görə, bir çox tellekanalların dəvətlisi, qonağı belə olub, olmaqdadır…

Orta məktəb şagirdləri üçün keçirilən sınaq kurslarında da yaxşı nəticələr qazanıb, ödülləndirilib bunlara görə…

Səkinə qazandığı uğurlarına görə də ilk nğvbədə  ilk müəllimi – ibtidai sinif müəllimi Səriyyə müəllimə və atasına – Emin bəyə  borclu olduğunu bildirir…

Qeyd edir ki, atası işdən evə yorğun gəlsə belə, hər zaman böyük həvəslə onu dinləyir, onun  təlim-tərbiyəsi, dərsləri ilə maraqlanır, bilmədiklərini sevə-sevə ona başa salır…

Atası Emin bəy  isə bunları deyir:

“Təbii ki, hər bir valideynin, hər bir ata-ananın istəyi, arzusu odur ki, övladı xoşbəxt, savadlı, bilikli, təhsilli olsun, sağlam düşüncəli, vətəninə, dövlətinə, valideynlərinə layiq böyüsün…Bir valideyn, bir ata kimi mənim də arzum və istəyim odur ki, övladım öz təlim-tərbiyəsi, öz bilik və bacarığı ilə seçilsin, fərqlənsin, örnək övlad olsun…

Allahıma da min şükürlər olsun ki, övladım-qızım Səkinə bunlara sahib olacaq bir övladdır…Hər zaman öz təhsili, öz təlim-tərbiyəsi, öz bilik və bacarığı ilə bizləri sevindirir və gələcəkdə də bizləri daha böyük uğurları ilə sevindirməkdə davam edəcək…

Eyni zamanda, həyatda heç nə, heç bir uğur təsadüfi, səbəsiz olmur…Düzdür, insanın özündən, iradəsindən, həyata baxışından da çox şey asılıdır, amma qayğı, dəstək, yardım da önəmlidir…Qızımın uğurlarında belə demək mümkündürsə, Xaçmazımızın layiqli deputatı Eldəniz Səlimovun da əməyi, rolu var…

O, hər zaman bizə, ailəmizə dəstək olub, qızımın təhsili, uğurları ilə maraqlanıb… Biz bir  müddətdir ki, Xaşmazdan Bakı şəhərinə köçmüşük…Qızımın Bakının ən öndə gedən təhsil olacaqlarından olan 20 saylı məktəb-liseydə təhsilini davam etdirməsində onun böyük köməyi olub…Onun köməyi sayəsində qızım həmin məktəbə götürülüb…Ona görə, özüm, ailəm adından Eldəniz müəllimə, 20 saylı məktəb-liseyin rəhbərliyinə, o cümlədən, qızımın üzərində böyük zəhməti olan Səriyyə müəllmə öz dərin minnətdarlığımı, sonsuz təşəkkürlərimi bildirirəm…Allah hamısından razı olsun və Allah bütün valdeynləri övladları sarıdan yarıtsın, bütün övladlara Yar və Yardımçı olsun!”

Bizə də sadəcə və sadəcə, balaca, ancaq gələcəyi  böyük, parlaq görünən Səkinə uğur diləmək qalır…

Uğurların bol, yolun daim aydın və açıq olsun, balaca Səkninə!

emin-1

emin-2

emin-4

emin

Etikxeber.az

Read Previous

Əliyev Marianna Vardinoyannis Fondunun prezidentinə “Dostluq” ordeni təqdim etdi – FOTO

Read Next

Hökumət parlamentarilər qarşısında

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir