“328 seçki məntəqəsində nəticələr ləğv edilib, seçici fəallığı 46,84 faiz olub” – MSK AÇIQLADI

Fevralın 9-da Milli Məclisə (MM) keçirilmiş seçkilərlə bağlı daxil olmuş müraciətlər əsasında ümumilikdə 328 seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv olunub.

Etikxeber.az-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının (MSK) tərtib etdiyi MM-ə seçkilərin ümumi yekunlarına dair protokolda əksini tapıb.

MM-ə seçkilərlə əlaqədar seçici fəallığı isə 46,84 faiz olub.

Qeyd edək ki, ötən müddət ərzində 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadı Rəcəbli), 80 saylı İmişli-Beyləqan seçki dairəsində (lider namizəd Çingiz Qənizadə) səsvermənin nəticələri ləğv edilib.

Xatırladaq ki, MM-ə seçkilərin ilkin nəticələrinə əsasən, seçici fəallığı 47,81 faiz olmuşdu (APA).

Etikxeber.az

Read Previous

Xocalı soyqırımı – insanlığa qarşı amansız terror…! – AYDIN TAĞIYEV YAZDI

Read Next

“Hələ də dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə istənilən səviyyədə təpki vermir…” – ADİL ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir