“33 saylı Dairədə seçkinin nəticəsi ləğv edilsin”-SADIXLI, İZZƏTLİ, MƏMMƏDLİ, TAĞIYEV VƏ MƏMMƏLİ BİRGƏ BƏYANAT YAYDI

9 fevral 2020-ci il tarixində keçirilən növbədənkənar parlament seçkisində 33 sayli Xətai birinci seçki dairəsindən deputatlığa namizədlər Məmmədli Zəlimxan , İzzətli Ruslan, Sadıxlı Nüşabə, Tağıyev Aqil və Məmmədli Əhəd tərəfindən birgə bəyanat verilib.

Etikxeber.az-ın xəbərinə görə, bəyanatd deyilir:

“Bu bəyanatı qəbul edən deputatlığa namizədlər seçkilərin nisbətən demokratik keçəcəyinə ümid edərək, seçki institunun ciddi təhlükə ilə üz-üzə qalmasından narahat olaraq və mövcud DSK-nın zaman-zaman saxtakarlıq yuvası olmasını bildiyimiz halda seçkilərin demokratik keçiriləcəyinə siyasi iradə olacağına inanaraq bu yola çıxdıq. Təssüf ki, ilk gündən DSK sədri Əlibaba Bayramovun aqressiyası, süni baryerlər qurması, qanuna zidd tələblərlə vaxtımızı alması halları ilə rastlaşdıq. Seçki günü isə əvvəlki seçkilərdən də rüsvayçı durum bizi vahid mövqe ifadə etməyə məcbur etdi. Seçki günü DSK sədrinin aqressiyası, MnSK və DSK sədri, eyni zamanda YAP namizədi Hüseynbala Mirələmovun çoxsaylı müşahidəçilər ordusunun bizim tərəfimizdən təyin olunan müşahidəçilərin tamamilə seçki prosesindən təcrid edilməsi, topa bülletenlər atılması, karuselin rəsmi olaraq himayə edilməsi, DSK ərazisində qeydiyyatı olmayan insanların seçkidə seçici kimi iştirak etmələri, bir nəfərə bir neçə bülleten verilməsi, müşahidə prosesinə hətta vəkil və namizəd olaraq bizim də iştirakımıza qoyulan əngəllər, seçki bülletenləri ilə davranış qaydalarının pozulması, artıq qalan bülletenlərin ləğv edilməməsi halları, səsvermənin sonunda seçki bülletenlərinin sayılması və səslərin hesablanmasında əksər məntəqələrdə müşahidəçilərin bu prosesdən kənar tutulması, protokolların tərtibində ciddi pozuntular, müşahidəçilərə yekun protokolların verilməməsi, səslərin hesablanması zamanı bir neçə məntəqədə sayı 20-30 olan topa bülletenlərdən iki namizədin lehinə saxta səslərin çıxması səslərin sayılmasında digər namizədin səsinin YAP namizədinin adına çıxılması kimi qanun pozuntularını nəzərə alaraq bəyan edirik: – 33 saylı Xətai birinci seçki dairəsində 9 fevral seçkisinin nəticəsi saxta hesab olunsun və ləğv edilsin; – YAP namizədi Hüseynbala Mirələmovun deputat elan olunması qanunsuz sayılsın; – Saxtakarlığa yol verən bütün DSK və MnSK sədrləri, üzvləri, saxtakarlıqda iştirak edən digər şəxslər məsuliyyətə cəlb edilsinlər…”.

Etikxeber.az

Read Previous

Uzunməsafəli qatar reysləri salınacaq…

Read Next

“Vətəndaşının problemlərinin həll edilməsində səylərimi əsirgəməyəcəyəm” – AFƏT HƏSƏNOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir