338 yeni yoluxma faktı qeydə alındı-DAHA 4 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 338 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1957, 1957 və 1972-cü il  təvəllüdlü 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 6860 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3871 nəfər müalicə olunaraq sağalıb, 82 nəfər vəfat edib, 2907 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 66 nəfərin vəziyyəti ağır, 73 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 328.385 test aparılıb.

Etikxeber.az

Read Previous

“Sosial məsafəni gözləməklə, “imtahan verənin sağlamlıq bəyannaməsi” təqdim edən bütün şagird və abituryentlərin imtahan vermələrinə şərait yaradılmalıdır”-MUSA QULİYEV OPERATİV QƏRARGAHA VƏ DİM-Ə SƏSLƏNDİ

Read Next

“Qürur hissi ilə bildirmək istərdim ki…”-ELŞAD MİRBƏŞİROĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir