Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tahir RZAYEV: “Həyat özü göstərəcək ki, bu adamlar müəyyən dönəmdə öz fəaliyyətlərində nöqsanlara yol verəcəklər…”
İnsanın qabiliyyətindən, bacarığından, səriştəsindən çox şey asılıdır. Mənə elə gəlir ki, idarəetmədə müəyyən səriştəsi olan adamlar vəzifələrə çəkilsələr, daha yaxşı olarlar. Çünki onlar müəyyən həyat yolu keçirlər, müəyyən təcrübə qazanırlar.
Birdən-birə haradasa 30 yaşında, 35 yaşında insanların yüksək vəzifəyə seçilməsini mən bir o qədər də müsbət qiymətləndirə bilmirəm. Parta arxasından gəlib idarəetmədə işləmək, böyük bir respublikanı idarə etmək, parlamentin sədri, baş nazir olmaq çox çətin məsələdir.
Ona görə müəyyən yaşlı adamlar daha təcrübəli olurlar, insanlarla münasibətdə daha dəqiq olurlar, daha səriştəli olurlar. Ancaq nümunələr göstərir ki, bir çox gənc, cavan mütəxəssislər vəzifəyə irəli çəkilsələr də, sonradan özlərini müsbət cəhətdən doğrulda bilmirlər. Onlar müəyyən yol keçməlidirlər.
Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev Azərbaycanda fərqli ola bir çox ölkələrdə əsasən gənclərin yüksək vəzifələrə seçilməsinə, təyin olunmasına, o cümlədən, Ukraynda iki 35 yaşlı gənc siyasətçinin Razmukov və Qonçarukun Ali Radanın sədri və baş nazir seçilməsinə münasibətini bildirərkən dilə gətirib.
Onun sözlərinə görə, əgər doğurdan da, bu adamlar əvvəllər haradasa böyük bir şirkəti idarə ediblərsə, hansısa bir idarəetmə sistemində vəzifə daşıyıblarsa, onları vəzifəyə gətirmək müəyyən müsbət effekt verə bilər.
“Ancaq bir də görürsən ki, hardasa bir kommersantı, hansısa bir iş adamını gətirdilər qoydular bu ölkəyə baş nazir. Yaxşı, bu, neyləyə bilər? Çox çətin məsələdir. Mən gənclərin irəli çəkilməsinin əleyhinə deyiləm. İstəyirəm ki, gənclər irəli çəkilsinlər.
Ancaq bunu təcrübədə görmüş, dəfələrlə sınaqdan keçirmiş bir adam kimi qeyd etmək istəyirəm ki, yaşlı adamlarla-hardasa 35 yaşla 45, 50, 55 yaşlı adamın həm dünyagörüşü, həm idarəetmə qabiliyyəti, bacarığı eyni ola bilməz, olmur.
Konkret olaraq Ukraynaya gəlincə, onlarda onsuz da çoxdan islahatlar gedir. İstər Poraşenkonun vaxtında, istərsə də ondan əvvəlkilərin-Yuşşenkonun vaxtında müəyyən kadrlar irəli çəkildi. Gördünüz ki, özlərini doğrultmadı.
Demokratlar gəldilər vəzifəyə, özlərini doğrultmadılar. Yenə deyirəm, gənclərin irəli çəkilməsinə əslində pis baxmıram. Əgər onların yüksək idarəetmə səriştəsi, qabiliyyəti varsa, yaxşıdır. Amma həyat göstərəcək ki, bu adamlar müəyyən dönəmdə öz fəaliyyətlərində müəyyən nöqsanlara yol verəcəklər. Bunu zaman özü göstərəcək…”-deyə, T. Rzayev sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az