Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hökumət orqan transplantasiyası ilə bağlı büdcədən vəsait ayırmalıdır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Musa Quliyev Milli Məclisin (MM) plenar iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu vəsait əsasən lal-kar uşaqların orqanlarınınm transplantasiyası ilə bağlıdır:
“İldə ölkədə 100-150 lal-kar uşağın orqan transplantasiyasıan ehtiyac var. Biz işi vaxtında görmədikdə, 3 yaşından sonra bu uşaqlar ömürlük əlil olur. Elə bu uşaqlara verilən pensiya orqan transplatasiyasına çəkilən xərcdən 10 dəfə çox olur”.
Millət vəkili bildirib ki, əgər bu sahəyə büdcədən vəsait ayrımaq mümkün deyilsə, o zaman onun digər sahələrə ayrılan vəsaitləri kəsməklə və ya qənaət etməklə mümkündür.
İcbari tibbi sığorta ilə bağlı məsələyə gəlincə, deputat qeyd edib ki, bu məsələ tam ölçülüb-biçilməlidir:
“Ümumiyyətlə, icbari tibbi sğıorta ilə bağlı məsələ ölkə başçısının diqqət mərkəzindədir. Artıq Yevlax və Mingəçevrdə pilot layihələrə başlanılıb. Ancaq icbari tibbi sığortanın tətbiqinə tələsməli deyilik. Bəzən fikirlər səslənir ki, 2018-ci ildən sonra bütün ölkədə icbari tibbi sığorta tətbiq olunacaq. Lakin bu işə ehtiyatla yanaşmaq lazımdır. İlk növbədə əmək müqavilələri şəffaflaşmalı, sığorta olunanların sayı müəyyənləşməlidir”.
O, eyni zamanda “Dəmryolu” və “Kaspar” xəsətəxanaıanın özəlləşdirməyə çıxarılması ilə bağlı büdcə vəsaitinin ayrılmamasından narahatlığını dilə gətirib.
Bildirib ki, Əmək Məcəlləsinə uyğun olaraq iş yerini itirən şəxs və ya çıxarılanların kompensasiya olunması nəzərdə tutulur:
“Hesab edirəm ki, özəlləşməyə çıxarılan xəstəxanaların işçilərinin kompensasiya edilməsi nəzərdə tutulmalı və ən azı iki aylıq əməkhaqqı verilməlidir. Əgər büdcədən vəsait ayrılmayıbsa, bu məsələ öz həllini necə tapacaq? Axı, burada söhbət 3500 tibb işçisindən gedir, onlar hara gedəcəklər? Onalrın gələcək taleyi necə olacaq? Axı, onların başqa sahədə çalışması mümkün deyil?! Onlar tibb işçisi olduğundan sonrakı taleləri bizdə narahatçılıq doğurur. Bu gün iş tapmaq məsələsi müşküldür”.
Etikxeber.az