37 ildən sonra yeni prezident seçmişik, imkan verin… – DEPUTAT

37 ildən sonra özümüzə yeni prezident seçə bilmişik

Amma ölkəmizə qarşı sanksiyalar hələ də davam etdiyi üçün o  normal fəaliyyət göstərə bilmir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) iki gündür davam edən Parlamentlərarası İttifaqın  Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında nahar fasiləsindən sonra çıxışı zamanı  Zimbabvedən olan xanım parlamentari deyib.

emmerson_mnangagva_221117

pai-11

O, sanksiyalardan ölkəsinin çox böyük əziyyətlər çəkdiyini və artıq onların aradan qaldırılmasının vacibliyini bildirib.

“37 ildən sonra nəhayət ki, ölkəmizə yeni prezident seçə bildik. Ancaq sanksiyalar səbəbindən o fəaliyyətini normal qura bilmir, ölkə inkişafdan geri qalır. Ona görə sansiyalar qaldırılmalı, imkan verilməlidir ki, o işləyə bilsin”-deyə, zimbabveli deputat əlavə edib.

Qeyd edək ki, diktator Robert Muqabenin 37 illik qanlı hakimiyyətindən  sonra  ötən ilin noybarında Emmerson Mnanqaqva Zimbabvenin yeni rəhbəri seçilib və prezident kimi and içib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əcnəbi xanım parlamentari Milli Məclisdəki nahardan razılıq etdi…

Read Next

Əliyev Nazarbayevi təbrik etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir