391 yeni yoluxma-9 ÖLÜM…

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 20 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib, 7805 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8221, ötən müddət ərzində isə ümumilikdə 649 953 test aparılıb.

Etikxeber.az

Read Previous

Son iki gündə Ermənistanın 3-cü PUA-sı-MƏHV EDİLİB -MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Biz, sadəcə, öz ərazilərimizi və insanlarımızı qorumalıyıq və qoruyuruq…”-İLHAM ƏLİYEV ANTONİO QUTERRESLƏ DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir