4 ədəd top mərmisi aşkarlandı – XƏTAİDƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda hərbi sursatın aşkarlanması barədə məlumat daxil olub.

FHN-dən Etikxeber.az-a bildiriblər ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniki işlər üzrə mütəxəssisləri, qurumun kinoloji qrupunun, eləcə də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri əraziyə cəlb olunublar.

Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Aşkarlanan hərbi sursatın döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli dörd ədəd top mərmisi olduğu müəyyənləşib.

Mərmilər ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Sursatın tapıldığı əraziyə baxış zamanı əlavə şübhəli əşya aşkarlanmayıb.

Etikxeber.az

Read Previous

“Maksimum diqqətli olmağa çalışacağıq…” – QURBAN QURBANOV

Read Next

Çempionlar Liqası: “Yuventus” səfərdə, “Bavariya” isə öz meydanında qələbə qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir