4-cü çağırış MM-in üzvləri indi haradadır? – NÖVBƏTİ-4-CÜ YAZI

Milli Məclisə (MM) 4-cü çağırış seçkilər 2010-cu ilin noyabrında, öz ənənəvi vaxtında keçirildi.

Qeyd edək ki, bu seçkilər nəticəsində parlamentin tərkibində xeyli dəyişikliklər, yenilənmələr oldu, MM-ə ilk dəfə seçilən millət vəkilləri ali qanunverici orqana gəldilər.

Bunlar arasında BDU-nun professoru Kamilə Əliyeva, BSU-nun prorektoru, professor Sahibə Qafarova, keçmiş Müəllimlər Universitetinin rektoru, professor Aqiyə Naxçıvanlı, Qusardan olan deputat Azər Badamov, Prezident Administrasiyasının sektor müdiri Kamran Bayramov, BSU-nun kafedra müdiri Sevinc Fətəliyeva,  hələ ilk dəfə parlamentdə-1990-95-ci illərdə təmsil olunan sabiq rektor Əhliman Əmirasalanov və digərləri var idi.

Eyni zamanda, bu seçkilərdə bir sıra nüfuzlu və tanınmış millət vəkilləri yeni parlamentdən kənarda qaldılar.

Bunlar arasında 3-cü dəfə namizədliyini verməyən bitərəf millət vəkili Gültəkin Hacıbəyli, eyni zamanda, Əkrəm Abdullayev, həmçinin, namizədliyini versə də, parlamentə düşə bilməyən professor Cəmil Həsənli və digərləri var idi.

Bununla yanaşı, parlamentin rəhbərliyi bu dəfə dəyişilməz olaraq qaldı, rəhbərliyə yeni şəxslər seçilmədi.

Həmçinin, daimi komissiyalar sözü komitələr sözü ilə əvəzləndi.

Bəs görəsən, 4-cü çağırış MM-in üzvləri haradadır, nə işlə məşğuldurlar?

MEHRIBAN ALIYEVA

meclis-oqtayyyyy

Etikxeber.az növbəti araşdırmasını təqdim edir:

Talıbov Vasif Yusif oğlu-Naxçıvan Ali Məclisinin sədridir, Həbibbəyli İsa Əkbər oğlu-AMEA-nin vitse-prezidentidir, MM-in komitə sədridir, Möhbalıyev Səttar Suliddin oğlu-millət vəkilidir, İbrahimov Eldar Rza oğlu_MM-in komitə sədridir, Novruzov Siyavuş Dünyamalı oğlu-MM-in komitə sədridir, Hacıyev İsmayıl Muxtar oğlu-AMEA-nın Naxçıvan bölməsinin rəhbəridir, Həsənquliyev Qüdrət Müzəffər oğlu-BAXCP-nin sədridir, millət vəkilidir.

Əsədov Oqtay Sabir oğlu-MM-in sədridir.

Cəbrayılov Rafael Kamil oğlu-millət vəkilidir, Musayev Madər Ələsgər oğlu-millət vəkilidir, Vəliyev Ağalar İsrəfil oğlu-MM-in komitə sədrinin müavinidir, Zabelin Mixail Yuryeviç-millət vəkilidir,  Əliyev Rauf Asif oğlu-MM-in komitə sədrinin müavinidir.

Əliyeva Mehriban Arif qızı-Birinci vitse-prezident təyin edilməsi ilə əlaqədar 2017-ci ildə deputatlıq fəaliyyətinə xitam verilib.

Hüseynov Etibar Əli oğlu-jurnalist fəaliyyəti ilə məşğuldur, Məhərrəmov Abel Məmmədəli oğlu-BDU-da işləyir, Quliyev Ülvi Zahid oğlu-MM-in komitə sədridir, Musabəyov Rasim Nəsrəddin oğlu-millət vəkilidir, Əhmədov Əli  Cavad oğlu-Baş nazirin müavinidir, YAP-ın sədr müavinidir, Əliyev Adil Abış oğlu-Federasiya prezidentidir, millət vəkilidir, Mustafayeva Aytən İnqlab qızı-AMEA-nın İnsan hüquqları İnstitutunun direktorudur, professordur, millət vəkilidir, Mollazadə Asim Nazim oğlu-ADİP-in sədridir, millət vəkilidir.

Səmədzadə Ziyad Əliabbas oğlu-MM-in komitə sədridir, akademikdir, Abdullayev Rövnəq İbrahim oğlu-SOCAR-ın prezidentidir, millət vəkilidir, Vəliyeva Sədaqət Süleyman qızı-millət vəkilidir, Mustafa Fazil  Qəzənfər oğlu_BQP-nin başqanıdır, millət vəkilidir, Salahzadə Qalib Aslan oğlu-biznes fəaliyyətindədir, Quliyev Eldar Allahyar oğlu-MM-in komitə sədrinin müavinidir, Muradov Fuad Rauf oğlu-Dövlət Komitəsinin sədridir, Fətəliyeva Sevinc Həbib qızı-MM-in komitə sədrinin müavinidir, YAP-ın şöbə müdiridir, Quliyev Fərəc İbrahim oğlu-MDHP-nin sədridir, millət vəkilidir, Abıyev Ağacan
Qulam oğlu-MM-in komissiya sədridir, Mirələmov Hüseynbala Fazil oğlu-millət vəkilidir, Əhmədova Gülər Mikayıl qızı-2012-ci ildə deputatlıq fəaliyyətinə xitam verilib.

Ağazadə İqbal Fehruz oğlu-işləmir, Ümid Partiyasının sədridir, Seyidov Səməd İsmayıl oğlu-MM-in komitə sədrdidir, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəridir, Abbasov Aydın Abbas oğlu-işləmir, Hacıyev Asəf Hacı oğlu-QDİƏT PA-nın baş katibidir, Fətiyev Xanlar Nuru oğlu-millət vəkilidir, Quliyev Musa İsa oğlu-MM-in komitə sədrinin müavinidir.

Rafiq_Məmmədhəsənov

jalllaaa

kamilla-13

GANIREEEE

sahiba-yeni-yeni

sevinc hus

sevinc-oxu

azer badam-1

aqiye-1

mammadov ilham

Abdullayeva Leyla Arif qızı-Sumqayıtda müəllimlik fəaliyyəti ilə məşğul olur, Qasımlı Musa Cəfər oğlu-AMEA-nın İnstitut direktorudur, millət vəkilidir, Babayev Muxtar Bahadur oğlu- Ekologiya və təbii sərvətlər naziridir, Salayev Hacı Hacı Baba oğlu-millət vəkilidir, Alışanov Arif Nizam oğlu-hazırda işləmir, Quliyev Azay Əjdər oğlu-ATƏT PA-nın vitse-prezidentidir, millət vəkilidir, Mirzəzadə Aydın Böyükkişi oğlu-MM-in komitə sədrinin müavinidir, Məmmədov İlham Kazım oğlu-Həkimdir, millət vəkilidir, Hüseynov Əli Məhəmməd oğlu-MM-in komitə sədridir, Xanlarova Zeynəb Yəhya qızı-millət vəkilidir, Badamov Azər Camal oğlu-millət vəkilidir, Əhmədov Vahid Qazməmməd oğlu-millət vəkilidir, Abramov Yevda Sasunoviç-MM-in komitə sədrinin müavinidir,

Süleymanov Tahir Süleyman oğlu-millət vəkilidir, Əşrəfov Arif Əşrəf oğlu-dövlət işində çalışır, Əliyev İlham Əli Səftər oğlu-millət vəkilidir, Qəribov Fərhad Həsən oğlu-bizneslə məşğul olur, Hüseynov Rafael Baba oğlu-MM-in komitə sədridir, Hüseynov Əliağa İzzət oğlu-millət vəkilidir, Ağamalı Fəzail Rəhim oğlu-AVP-nin sədridir, millət vəkilidir, Rəhimzadə Arif Qafar oğlu-MM-in komitə sədridir, Əliyev Cəlal Əlirza oğlu-rəhmətə gedib, Osmanlı Ceyhun Yunis oğlu-bizneslə məşğuldur, Xəlilov Rüstəm Gülabba oğlu-millət vəkilidir, Əmiraslanov Əhliman Tapdıq oğlu-MM-in komitə sədridir, Kazımlı Xanhüseyn Hüseynağa oğlu- ASRP-nin sədridir, 5-ci çağırışdır millət vəkilidir, Həsənov Malik Əvəz oğlu-millət vəkilidir.

Kazımov Mirkazım Məhəmməd oğlu-millət vəkilidir, İbrahimli Fəzail Feyruz oğlu-millət vəkilidir, BDU-nun professorudur, Əliyev Nəriman Əlibala oğlu-millət vəkilidir, Axundova Elmira Hüseyn qızı-“Şöhrət” ordenli və ilk jurnalist Xalq yazıçısıdır, millət vəkilidir, Rüstəmxanlı Sabir Xudu oğlu-işləmir, VHP-nin sədridir, Quliyev Rüfət Atakişi oğlu-millət vəkilidir, Rəcəbli Hadi Musa oğlu-MM-in komitə sədridir, professordur, Paşazadə Cavanşir Hümmət oğlu-millət vəkilidir, Əsgərov Ziyafət Abbas oğlu-Birinci vitse-spikerdir, MM-in komitə sədridir, Cəfərov Aslan Məmmədhüseyn oğlu-vaxtı ilə Astaranı təmsil edən eks-deputat haqqında hazırda heç bir məlumat yoxdur.

Məmmədov İqbal Nəriman oğlu-Sahibkardır, millət vəkilidir,  Qasımov Əsabil
Qarakişi oğlu-Sahibkardır, millət vəkilidir, Qənizadə Çingiz Aşralı oğlu-Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür, Orucov Ayaz İsmayıl oğlu-hazırda haqqında heç bir məlumat yoxdur, Rzayev Tahir Musa oğlu-millət vəkilidir, Abbasov Aqil Məhəmməd oğlu-millət vəkilidir, “Ədalət” qəzetinin baş redaktorudur,  Muradova Bahar Əvəz qızı-Vitse-spikerdir, parlamentin komitə sədridir, ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəridir, Süleymanov Elxan Sirac oğlu-millət vəkilidir, Aslanov Novruzəli Davud oğlu-millət vəkilidir, Cavadov Ərəstun Nurəddin oğlu-“SUM”-un direktorudur.

Hacıyev Sabir Kamal oğlu-VBP-nin sədridir, millət vəkilidir, Hacıyev Şəmsəddin Hümmət oğlu-millət vəkilidir, Əsədullayev Çingiz Rauf oğlu-bank sektorundadır, Məmmədov Elton Arzuman oğlu-Prorektordur, Əliyeva Jalə Fazil qızı-MM-in komitə sədrinin müavinidir, Orucov Zahid Məhərrəm oğlu-STM-in direktorudur, millət vəkilidir, Baxşəliyeva Gövhər Baxşəli qızı-Şərqşünaslıq İnstitutunun direktorudur, millət vəkilidir,  Alıyev Sahib Eyvaz oğlu-millət vəkilidir, Aslanov Mahir Məhəmmədəli oğlu-Sahibkardır, millət vəkilidir, Məmmədova Gülçöhrə Hüseyn qızı-AMİU-nun rektorudur.

Qafarova Sahibə Əli qızı- BSU-nun prorektorudur, Azərbaycanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəridir, İbrahimgızı Məlahət İbrahim qızı-MM-in komitə sədrinin müavinidir, Qurbanlı Mübariz Qəhrəman oğlu-Dövlət Komitəsinin sədridir, Rzayev Rövşən Şükür oğlu-Dövlət Komitəsinin sədridir, Ələsgərov Valeh Feyruz oğlu-Vitse-spikerdir, parlamentin komitə sədridir,  Hüseynova Sevinc Əmirəhməd qızı-millət vəkilidir, Məmmədhəsənov Rafiq Musa oğlu-ATU-nun prorektorudur, millət vəkilidir.

Paşayeva Qənirə Ələsgər qızı-Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür, millət vəkilidir, İsmayılov İlyas Abbas oğlu-İşləmir, partiya sədridir, Vəliyev Əhməd Abdulkərim oğlu-rektordur, Cəfərov Nizami Qulu oğlu-millət vəkilidir, Aslanova Rəbiyyət Nurullah qızı-BDU-nun professoru və kafedra müdiridir, Atayev Hikmət İsmayıl oğlu-rəhmətə gedib, Əliyeva Kamilə Əliağa qızı-millət vəkilidir, Kərimli Azər Şəmşid oğlu-millət vəkilidir, Mahmudov Yaqub Mikayıl oğlu-millət vəkilidir, Məsimli Əli Əhməd oğlu-millət vəkilidir, Feyziyev Cavanşir Əyyub oğlu-millət vəkilidir, Heydərov Fəttah Səməd oğlu-millət vəkilidir, Naxçıvanlı Aqiyə Həbib qızı-MM-in komitə sədridir.

Əliyev Bəxtiyar Həmzə oğlu-MM-in komitə sədrinin müavinidir, Sadıqov Bəxtiyar Yusif oğlu-millət vəkilidir, Şahverdiyev Astan Nuşrəvan oğlu-rəhmətə gedib, Fərəcov Nazim Fərəc oğlu-Laçını təmsil edən eks millət vəkili haqqında hazırda heç bir məlumat yoxdur, Qasımova Flora Qasım qızı-millət vəkilidir, Qurbanov Cavid Qənbər oğlu-millət vəkilidir, Məmmədov Elman Camal oğlu-millət vəkilidir, İsmayılov İmamverdi İbiş oğlu-millət vəkilidir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Tusk Azərbaycandan geri döndü – FOTO

Read Next

Səfirdən prezidentə – MİNNƏTDARLIQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir