“4 ildir ki, Ermənistan tam formada Sorosun təsir dairəsinə daxil olduğu üçün orada baş verənlərə göz yumulur, hüquq pozuntuları qabardılmır, məsələ beynəlxlaq səviyyədə ictimailəşdirilmir…”-MİLLƏT VƏKİLİNDƏN SƏRT İTTİHAM

Ermənistanda daxili vəziyyət necədir, uşaqdan böyüyə hamımız bilirik.

Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda müxalifət liderləri həbs edilir, ölkədə repressiyalar başlanıb, mediaya ciddi təzyiqlər var.

Görünən də odur ki, işğalçı ölkədə durum getdikcə daha da pisləşəcək.

Əlbəttə, bu onların daxili məsələsidir, Ermənistan əkdiyini biçir.

Sadəcə, ortada ikrah yaradan bir məsələ var, Ermənistanda təqib və repressiyalar 5 gündür davam etsə də, 10-dan çox müxalifət lideri həbs edilsə də, insan haqlarını müdafiə edən beynəlxlaq təşkilatlarının birindən də səs çıxmır, Ermənistan hakimiyyəti insan haqları və demokratiyanı boğmaqda ittiham edilmir.

Maraqlısı odur ki, əgər bu gün Ermənistanda baş verənlər bizdə olsaydı, indi bəyanat verməyən, Azərbaycanı qınamayan hüquq müdafiə təşkilatı qalmazdı.

Bu, bir göstəricidir, o deməkdir ki, həmin təşkilatların son məqsədi bəşəri dəyərlərə  yox, “insan hüquqlarının müdafiəsi” adı altında müəyyən siyasi dairələrə və güclərə xidmətdir.

Daha konkret desəm, bu gün İnsan hüquq və azadlıqların “müdafiəsi” ilə məşğul olan təsisatların büdcəsinin formalaşmasında Soros fondu mühim rola malikdir.

Bununla da həmin təşkilatlarda qərarların qəbuluna təsir imkanı qazanan Soros şəbəkə qura bilmədiyi dövlətlərə insan hüquqları meyarından istifadə etməklə təzyiq göstərməyə cəhd edir.

Artıq 4 ildir ki, Ermənistan tam formada Sorosun təsir dairəsinə daxil olduğu üçün orada baş verənlərə göz yumulur, hüquq pozuntuları qabardılmır, məsələ beynəlxlaq səviyyədə ictimailəşdirilmir. 

Əziz soydaşlar, bu məsələlər bizim üçün bir dərs olmalıdır, bir daha anlamalıyıq ki, illərdir bu təşkilatlar Azərbaycanda ali dəyərlər naminə insan hüquqları və demokratiya “davası” aparmır.

Onların öz çıxarları, öz məqsədləri var.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“İşğaldan azad olunmuş ərazidə iki azərbaycanlı dinc sakin minaya düşüb, ölən var”-BAŞ PROKURORLUQ

Read Next

Putin İlham Əliyev və Paşinyanla Qarabağda razılaşmanın icrası məsələlərini-MÜZAKİRƏ ETDİ… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir