4 medallı Şəhid-MURAD QURBANOVUN MƏZARININ ZİYARƏTİ, XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI VƏ ANIM MƏRASİMİ-FOTOSESSİYA – YENİLƏNİB – (1)

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək, nişanlı oğlu, 4 meadallı Murad Qurbanovun Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Anım Günündə öncə Şəhidin Badamdar qəbiristanlığındakı məzarı ziyarət olunub, məzar üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin “20-ci sahə” adlanan ərazidə-ailəsinin yaşadığı evin həyətində Xatirə lövhəsinin açılışı olub.

Açılışda Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkili Nigar Arpadarai, Şəhidin müəllimləri çıxış edib, Murad Qurbanovun qısa, lakin şərəfli həyat və döyüş yolundan, Vətənsevərliyindən, Qəhrəmanlığından, İgidliyindən bəhs ediblər.

Qeyd ediblər ki, Murad Qurbanov da daxil olmaqla, İkinci Vətən Müharibəsi Şəhidləri Qələbə və Zəfər Şəhidləridir, Qələbə və Zəfərimizə görə onlara borcluyuq.

Sonra məktəblilər Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndiriblər.

Açılışdan sonra isə Şəhidin anım mərasimi keçirilib, adına ehsan verilib.

Ziyarət, açılış və anım mərasimində Şəhidin anası, bacısı, yaxınları, Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, məktəblilər, Səbail rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri və digər şəxslər iştirak ediblər.

12:20

***

Etikxeber.az ziyarət, açılış və anım mərasimindən fotoları təqdim edir:

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

***

***

ŞƏHİD ANASI MEHRİBAN XANIM…ŞƏHİD ANALARI…QƏHRƏMAN ANALAR…ANALAR YANAR, AĞLAR…

DƏRD VƏ QÜRUR ORTAQLARI…DİK DURUŞLU ANALAR…

13:20

***

XATİRƏ LÖVHƏSİNİN AÇILIŞI…

GƏLƏCƏYİMİZ…MƏKTƏBLİLƏR…

VƏ ANIM MƏRASİMİ…

İGİDLƏRİMİZ, QƏHRƏMANLARIMIZ, QAZİLƏRİMİZ, QÜRURLARIMIZ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Nəşi 1 il 7 gündən sonra tapılan Şəhid İxtiyar Əliyev-BU GÜN GORANBOYUN GORANLI KƏNDİNDƏ DƏFN OLUNDU – YENİLƏNİB – (1)

Read Next

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3.3 milyon manat ayrıldı-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir