4 ölkə 2028-ci və 2030-cu il çempionatlarını birgə təşkil edəcək?! – FOTO

Rumıniyanın idman və gənclər naziri Boqdan Matei Yunanıstanın Saloniki şəhərində Bolqarıstan, Yunanıstan və Serbiyadan olan həmkarları ilə görüşüb.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə 2028-ci və 2030-cu il futbol üzrə dünya çempionatlarında dörd ölkənin bir namizədliyi və bunun təşkili üçün xüsusi komitənin yaradılması barədə memorandum imzalanıb.

Komitənin birinci görüşünün iyunun 14-15-də keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, görüşdə Rumıniyanın Futbol federasiyasının prezidenti Rızvan Burleanu FIFA və UEFA tərəfindən irəli sürülən tələblər barədə ətraflı məlumat verib.

Etikxeber.az

Read Previous

“Ayaks” və “Barsa” Çempionlar Liqasının yarımfinalında – FOTO

Read Next

Baş nazirdən kommunal xidmət limitləri ilə bağlı yeni – QƏRAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir