“42-lər”-in sırasında dəyişiklik: 4-ü kənarda qaldı, 2-si əlavə olundu- ELDAR İBRAHİMOV, HADİ RƏCƏBLİ VƏ HACI MADƏR “7-Cİ” OLDU…

Xəbər verildiyi kimi, Mərkəzi Seçki Komissiyası (MSK) 125 Seçki Dairəsi üzrə ilkin nəticələri açıqlayıb.

Etikxeber.az-ın xəbərinə görə, MSK-nın açıqladığı ilkin nəticələr-siyahıda Naxçıvan Muxtar Respublikasından (NMR) olan qaliblərin də adları yer alıb.

Bunlar 7-ci dəfə qalib olan Eldar İbrahimov, 6-cı dəfə qalib olan Vasif Talıbov, 5-ci dəfə qalib olan Siyavuş Novruzov və Səttat Möhbalıyev (Əli Həsənovun qudası), 3-cü dəfə qələbə qazanan İsa Həbibbəyli, ikinci dəfə seçkiləri udan Ülviyyə Həmzıyeva və ilk dəfə qələbə qazanan Cəbi Quliyevdir.

Eyni zamanda, exit-polların açıqladığı siyahı ilə MSK-nın ilkin siyahısında bəzi fərqlər var.

Belə ki, 79 saylı Dairədə Razi Nurullayevi Milli Olimpiya Komitəsinin əməkdaşı Murad Fərzəliyev əvəzləyib.

Eyni zamanda, 7 dairənin liderlərini-Rauf Arifoğlu, Tahir Mirkişili, İmamverdi İsmayılov, Rəşad Mahmudov, Müşfiq Məmmədov (Məmmədli), Aqil Mahmudov və Elnur Allahverdiyevin adları MSK-nın siyahısında yer almayıb, o dairələrdə hələlik qaliblərin müəyyənləşmədiyi bildirilib.

Beləliklə, yenilərin, “42-lər”-in sırasında olanların 4-ü hələlik kənarda qalıb, onların yerinə ikisi əvəz olunub-Cəbi Quliyev və Muraf Fərzəliyev.

Həmçinin, Eldar İbrahimov, Hadi Rəcəbli və Hacı Madər Musayev ən çox seçilənlərdən olub.

Hər 3-ü 7-ci dəfə deputatlıq yarışının qalibi olublar.

Etikxeber.az

Read Previous

MSK ilkin nəticələri-AÇIQLADI, 7 DAİRƏDƏ QALİB MÜƏYYƏNLƏŞMƏDİ

Read Next

Vüqar Bayramov füzulililərə-TƏŞƏKKÜR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir