44 gündə-informasiya müharibəsində kimlər nələrlə yadda-QALDI?

II Qarabağ müharibəsi dövründə ön cəbhənin əsas qəhrəmanı əsgərlərimiz kimi, informasiya müharibəsinin də öz qəhrəmanları oldu.

“Azərbaycan Gənc Mübarizlər Təşkilatı” və təşkilatın əməkdaşları da onlardandır.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, “Azərbaycan Gənc Mübarizlər Təşkilatı” sentyabr ayının 18-də Bakı Mühəndislik Universitetinin tələbəsi Hilal Müşviq oğlu Məmmədov tərəfindən yaradılmışdır.

Təmənnasız fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi gənclərdə vətənpərvərlik hissini hər daim yüksək tutmaq, dövlətə qarşı olan informasiya təxribatılarına qarşı mübarizə aparmaq, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını təbliğ etmək, dövlətimizin səsini gənc nəsil ilə birlikdə dünyaya çatdırmaqdır. Vətən müharibəsi başladığı ilk gündən “Azərbaycan Gənc Mübarizlər Təşkilatı”nın 3 əsas məqsədi oldu:

1. İnformasiya müharibəsində düşmənə qalib gəlmək. 

 2. Gənclərdə vətənpərvərlik ruhunu daha da alovlandırmaq.

3. Hərbiçilərimizə dəstək olmaq.

“Azərbaycan Gənc Mübarizlər Təşkilatı” düşmənə, onun tərəfdaşlarına məxsus bir çox təxribat yönümlü sayt və səhifələri ələ keçirmiş, dünya ictimaiyyətinə dəqiq və həqiqi informasiyalar ötürmüşdür.

Dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq üçün üzvləri və idarəçiləri ilə birlikdə sosial şəbəkələrdə xarci dillərə tərcümə edilmiş mətnlər vasitəsilə #KarabakhisAzerbaijan  #Stoparmenianagression #PrayforGanja #PrayforBarda həştagları və bənzər heştaglarla onlayn yürüşlər keçirmişlər.

Əlavə olaraq, təşkilat üzvləri arasında dəfələrlə əsgərə yardım kompaniyaları təşkil edilmiş, ön cəbhədəki əsgərlərə göndərilmişdir.

Təşkilat bu və bu kimi fəaliyyətləri hələ də davam etdirməkdədir.

Etikxeber.az

Read Previous

“Ay Laçın, can Laçın, mən sənə qurban Laçın…”-JALƏ ƏLİYEVA LAÇININ AZADLIĞINDAN, ÖLKƏ PREZİDENTİNİN XALQA MÜRACİƏTİNDƏN YAZDI

Read Next

MN vətəndaşlara-MÜRACİƏT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir