JALƏ ƏLİYEVANIN DA TƏŞKİLATÇISI OLDUĞU “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” KAMPANİYASI HESABAT VERDİ: “44 günlük əzmli döyüşlər birlikdə, həmrəy olmağın vətəndaşımız və dövlətimiz baxımından nə qədər möhtəşəm və əhəmiyyətli olduğunu bizlərə bir daha isbat etdi”

Millət vəkili, professor Jalə Əliyevanın da təşkilatçı və iştirakçısı olduğu “Biz Birlikdə Güclüyük!” adlı kampaniya özünün hesabatını təqdim edib.

Etikxeber.az-ın xəbərinə görə, Zərdab rayonunda başladılan kampaniyaya İkinci Vətən Müharibəsinin ilk günlərdən start verib.

Kampaniya həm də Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İkin Əliyev, rayon ziyalılarından Coşqun AbdullayevŞirvani Hümmətoğlunun yaxından iştirakı ilə baş tutub və davam etdirilib.

Kampaniyaya Bakıda və xaricdə yaşayan çoxlu sayda zərdablılar da qoşulublar.

Kampaniya çərçivəsində 3500 (üç min beş yüz) manatdan çox vəsait toplanıb.

Toplanan vəsait ön cəbhədə döyüşən 400 nəfər əsgərə hesablanmış ərzaq, gündəlik təlabat ləvazimatları və isti yeməklər, həmçinin, döyüşlərdə yaralanıb Zərdab Rayon Mərkəzi Xəstəxanasında müalicə alan əsgər və hərbi qulluqçulara mütəmadi gündəlik təlabat ləvazimatları və geyimlər üçün xərclənib.

Eyni zamanda, cəbhədə döyüşən və maddi vəziyyəti çətin olanların 30-dan çox ailələrinə ərizaq yardımları edilib.

Millət vəkili Jalə Əliyeva isə kampaniya ilə bağlı bunları deyib:

“İkinci Vətən Müharibəmiz, 44 günlük əzmli döyüşlər bizə əhəmiyyətli bir dəyər aşıladı. Birlikdə olmağın, həmrəy olmağın ölkəmiz, vətəndaşımız və dövlətimiz baxımından nə qədər möhtəşəm, nə qədər faydalı və əhəmiyyətli olduğunu bizlərə bir daha isbat etdi. Şəxsi maraqlar və ambisiyalar deyil, ümummilli maraqlar önə çəkildi. Hamı bir yumruq kimi birləşdi. Bu birlikdəlik, bu həmrəylik qürurvericidir. Hamınıza minnətdarıq! Ön cəbhə kimi, arxa cəbhədə də gecə-gündüz demədən var gücüylə çalışan, yardıma qaçan, mümkünsüzü də mümkün etməyə cəhd göstərən, özünü unudub el üçün yanan bütün bacı-qardaşlarımıza sonsuz minnətdarıq! Allah hamıdan razı olsun!”.

Etikxeber.az

Read Previous

“Vətən uğrunda” medalı ilə təltif olunan Şəhid qardaşlar-MUSA VƏ TURAL, ELGÜN VƏ ALTAY, NAZİR VƏ TACİR…

Read Next

“Bundan sonrakı mərhələdə mövcud tərkibdəki Minsk qrupunun missiyasına ehtiyac qalmayıb, çünki…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir