460 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti ilə bağlı qərar qəbul edildi

Maliyyə Nazirliyinin Kollegiyası Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı qərar qəbul edib.

Etikxeber.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 4-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. İclasda maliyyə naziri, kollegiyanın sədri Samir Şərifovun sədrliyi ilə Əmanətlərin Sığortalanması Fonduna Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanətinin verilməsi ilə bağlı Mərkəzi Bankın müraciətinə baxılıb.
Qeyd olunmuşdur ki, Mərkəzi Bankın müraciəti “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.7-ci və 17.2-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 01 mart tarixli 812 nömrəli Fərmanına uyğun olaraq Maliyyə Nazirliyinə təqdim olunub. Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna kreditin verilməsi ləğv edilmiş QSC “Bank Standad” KB-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün likvid vəsait çatışmazlığının aradan qaldırılması məqsədlərini daşıyır.
Maliyyə Nazirliyinin Kollegiyası əmanətçilərin hüquqlarının qorunmasının, onların ölkənin bank sisteminə etibarının gücləndirilməsinin, habelə bank sisteminin dayanıqlığının təmin edilməsinin vacibliyini nəzərə alaraq Əmanətlərin Sığortalanması Fonduna Mərkəzi Bank tərəfindən ayrılacaq 460,0 milyon manat məbləğində kreditə və ona hesablanacaq faizlərə dövlət zəmanəti verilməsi ilə bağlı müsbət qərar qəbul edib.

Etikxeber.az

Read Previous

Prezidentdən Gülümova təltif

Read Next

“Sevilya bərbəri” nümayiş olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir