47-yə yaxın təşkilat Prezidentə müraciət ünvanlayıb…

Əlil Təşkilatları İttifaqı qanun layihəsindən Prezidentə şikayət edib

Əlil Təşkilatları İttifaqına (ƏTİ) daxil olan 47-yə yaxın təşkilat ölkə Prezidenti İlham Əliyevə müraciət edib.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumat verən adıçəkilən İttifaqın sədri Cavad Qasımov bildirib ki, buna səbəb “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsidir.

eti

O, bildirib ki, yeni qanun layihəsində mövcud qanundan fərqli olaraq, bir sıra qüsurlar, çatışmazlıqlar var:

“Mövcud qanun daha mütərəqqidir ki, nəinki yeni sənəd. Yeni sənəddə əlillərin bir çox  hüquqları məhdudlaşdırılır. Hətta, yeni qanun layihəsi uzun müddət gizlədildi, qapalı saxlanıldı. Biz ondan sonra xəbər tuta bildik. Odur ki, İttifaqımıza daxil olan 47-yə yaxın təşkilat bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyevə, o cümlədən, Milli Məclisə müraciət edib. Biz özümüz bu yöndə qanun layihəsi hazırlayırıq və hesab edirik ki, o, daha çox səmərəli və effektli olar”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az


Read Previous

Nazirlər Kabineti tərəfindən heç bir addım atılmayıb – İTTİHAM

Read Next

Komitə sədri bəzi məmurlara irad tutdu…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir