Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Yenə də yol nişanları problemi…Uzun müraciətlərdən sonra Masallıya çathaçatdakı lövhəyə Yardımlı yazdılar. Amma baxın, ox işarələri olan dairə rayonun adını görünməz edir. Yardımlıya gedənlər çaşıb Lənkərana yol alırlar.
Etikxeber.az xəbər verir ki, bunu tanınmış jurnalist Elşad Paşasoy öz “Facebook” səhifəsində qeyd edib.
O, qeyd edib ki, Lerik rayonunun adı isə ümumiyətlə, yoxdur.
“Rahatlığa söz ola bilməz. Əvvəllər 6-7 saata Bakıdan Yardımlıya çatardıq, indi 3-4 saat kifayətdir. Yetər ki, yolu səhv salmayasan. Cənablar, vallah çətin məsələ deyil, 5-10 metr dəmir, 2 banka boya, bir az da istək gərək…”-deyə, tanınmış jurnalist sonra qeyd edib.
Etikxeber.az