5-ci muğam festivalı başlayacaq- SİYAVUŞ KƏRİMİ

Yaxın zamanlarda 5-ci muğam festivalı öz işinə start verəcək.

Etikxeber.az xəbər verir ki, bunu Milli Konservatoriyanın rektoru, professor, Xalq artisti Siyavuş Kərimi bildirib.
O, son illər Azərbaycanda keçirilən və dünya səs salan festivallardan biri kimi muğam festivalının da dövlət mədəniyyət siyasətinin tərkib hissəsi olduğunu bildirib.
SİYAVUS KERİMİ
“Kanfutsinin bir kəlamını xatırlatmaq istərdim ki, əgər bir millətin fəlsəfəsini bilmək istəyirsənsə, onun musiqisinə qulaq. Elə bilirəm ki, bu baxımdan Azərbaycan musiqisi, Azərbaycan mədəniyyəti çox zəngin və çox nəhəngdir. Üzeyirbəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tofiq Quliyev və sairə kimi böyük korifeylərimizin yaratdığı əsərlər, mədəniyyət nümunələri sayəsində Azərbaycan mədəniyyəti dünyaya səs salıb. Ümumiyyətlə, Azərbaycan mədəniyyəti uzun əsrlər boyu mövcud olub və bundan sonra da olacaq, yaşayacaq. 
Təbii ki, Azərbaycan mədəniyyətinin inkişafı da ona dövlət tərəfindən göstərilən diqqət və qayğı ilə birbaşa bağlıdır. Ölkə Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Azərbaycan mədəniyyəti gündən-günə inkişaf etməkdədir. Bilirsiniz ki, bir zamanlar Azərbaycan muğamı, muğam sənəti az qala unudulmuşdu, arxa plana keçmişdi. Məhz İlham Əliyev və Mehriban Əliyevanın mədəniyyətimizə böyük diqqəti nəticəsində Azərbaycan muğamı artıq ikinci inkişaf, intibah dövrünü yaşamaqdadır…Azərbaycan artıq dünya əhəmiyyətli musiqi festivallarının mərkəzinə çevrilib…Belə musiqi festivallarından biri də muğam festivalıdır və qeyd edim ki, yaxın zamanlarda da 5-ci musiqi festivalı başlayacaq…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Əliyevlər Hövsanda növbəti açılışa qatıldılar

Read Next

Ali Baş Komandanla birgə Azərbaycana xidmət etmək qürurvericidir – ADİL ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir