5 min hektar yeni fındıq bağı salınacaq

Xaçmaz rayonunda qarşıdakı iki-üç il ərzində 5 min hektar fındıq bağının salınması nəzərdə tutulub.

Etikxeber.az  xəbər verir ki, bu il əkilməsi nəzərdə tutulan 2 min hektar sahədən 900 hektarında artıq işlər başa çatdırılıb.

Xaçmaz rayon kənd təssərrüfatı idarəsinin baş mütəxəssisi Qabil Ağabalayev ölkəyə valyuta gətirən bu məhsula son zamanlar tələbatın daha da artdığını bildirib. Bu da topraq mülkiyyətçilərini fındıq bağlarının sahəsini genişləndirməyə həvəsləndirir. Fındığın az zəhmət tələb etməsi və satış qiymətinin münasib olması fermerləri stimullaşdıran amillərdəndir.

Xaçmazda fındıq sahələrinin genişləndirilməsi məqsədilə xüsusi komissiya da fəaliyyət göstərir. Xaçmazlı təsərrüfatçılar ötən il rayon ərazisindəki 4 min 650 hektar fındıq bağından dörd min tona yaxn məhsul əldə edilblər.

Siyəzəndə də ilk dəfə fındıq bağları salınıb. Rayonun Həmyə kəndinin ərazisində 11 hektar sahədə tinglər əkilib. Siyəzən üçün qeyri-ənənəvi sahələrdən olan bağçılığın inkişaf etdirilməsi əsas istiqamətlərdəndir. Bu vaxtadək rayonda həyətyanı sahələrdə cəmi 10 hektara yaxın fındıq bağı olub. Yaxın bir neçə il ərzində fındıq bağlarını 100 hektara çatdırmaq planlaşdırılır.

Etikxeber.az

Read Previous

Yeni baş nazir məlum oldu – İTALİYAda

Read Next

PKK-ya yaxın qruplardan biri İstanbul terraktı ilə bağlı məsuliyyəti üzərinə götürdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir