Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Etikxeber.az bildirir ki, mediaya verilən xəbərə görə, qəzayla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydaları pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda hüquq-mühafizə orqanın əməkdaşları da hadisə yerindədir və müvafiq ekspertizalar təyin olunacaq.
Qeyd edək ki, bu gün səhər saatlarında Aeroport yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Etikxeber.az