5 strateji prioritet və ya…-ELDƏNİZ SƏLİMOVUN YAZISI – (İKİNCİ HİSSƏ)

Milli Prioritetlər, Milli Hədəflər, Milli Yüksəliş

(Yazının davamı: İkinci hissə)

Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir.

Təsdiq olunmuş sənəd növbəti 5 strateji prioritet istiqaməti müəyyən edib:

 – Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; – Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; – Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; – İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış; – Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Qeyd edilən milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Uzunmüddətli dövrdə iqtisadi artımın sağlam və tarazlı olması üçün zəruri addımlar atılacaqdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. İqtisadi artım həm də vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir.

İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunması qarşıya qoyulan önəmli məsələlərdəndir. İqtisadi artım yüksək gəlirli iş yerlərinin yaradılması ilə həyat səviyyəsinin ilbəil yaxşılaşmasına yönəldiləcəkdir. 

Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Yeni və şəffaf özəlləşmə strategiyası və biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması ölkə iqtisadiyyatına yeni nəfəs gətirəcəkdir.

Qeyd olunanlarla yanaşı, iqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməli, milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdiriməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir.

Bu məqsədlə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq.

Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.Qeyd olunanlarla yanaşı, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.

Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Ölkədə makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi məqsədilə yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılmalıdır. Təcrübə göstərir ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bunun üçün isə əsas məqsəd iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır. Xarici təsirlərə dayanıqlıq sütunlarından birini dövlətin valyuta ehtiyatları, digərini isə intizamlı borclanma təşkil edir.

Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır.  Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır.Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməlidir.

Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. 

Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir.

Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır.

Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməlidir.

(Davamı olacaq)

Eldəniz SƏLİMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

“Möhkəmlənən Azərbaycan, Qarabağlı Azərbaycan Ermənistanı və onun havadarlarını məmnun edə bilməz…”-JALƏ ƏLİYEVA AZƏRBAYCAN-İTALİYA MÜNASİBƏTLƏRİNDƏN YAZIR – (İKİNCİ-SONUNCU HİSSƏ)

Read Next

“Rus sülhməramlıları Qarabağa gələndə “5-ci kolon” nəfəs alıb, çeviriliş etmək niyyətinə düşdü…”-VAHİD ƏHMƏDOVDAN MƏMURLARA VƏ RUSİYAPƏRƏSTLƏRƏ SƏRT İTTİHAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir