5 vitse-prezident getdi, 7 yeni vitse-prezident təyin olundu-SƏRƏNCAM – YENİLƏNİB

Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamları ilə İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov Fuad Bəkir oğlu Musayev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentləri təyin olunublar.

Hər yeddi Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Yaşar Aydın oğlu Lətifov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamlarına əsasən, Süleyman Mehrəli oğlu Qasımov, Daşqın Ələm oğlu İskəndərov, Bədəl Şamil oğlu Bədəlov Xalik Rəfi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifələrindən azad ediliblər.

Hər beş Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Etikxeber.az

Read Previous

Dörd medal və bir ordenli, ailənin tək, subay və ali təhsilli oğlu-CƏMİL MƏMMƏDLİ – BU GÜN ŞƏHİDİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, 24 YAŞI TAMAM OLUR… – FOTOLAR YENİLƏNİB – (2)

Read Next

Şahadətin Şəhadəti…Adının Haqqını verən Şəhid Şahadət…Dayısı da, özü də Vətən yolunda canını fəda edən-ŞAMAXILI, XÜSUSİ TƏYİNATLI, ALTI MEDAL VƏ BİR ORDENLİ ŞAHADƏT QALİB OĞLU ÜSÜFOVUN HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir