Bərdə Müalicə Diaqnostika Mərkəzində 50-yə yaxın Şəhid, Qazi övladı, o cümlədən Bərdədən olan bir neçə imkansız ailənin övladı sünnət olunub, müsəlman edilib.
Etikxeber.az xəbər verir ki, növbəti sünnət-xeyriyyə aksiyası, sünnət əməliyyatı yerli iş adamı Əliş Şərifova məxsus “Prins” restoranında baş tutan məclisdən-şənlikdən sonra baş tutub.
Bufədəki sünnət əməliyyatı da Bərdə Müalicə Diaqnostika Mərkəzinin gülərüz və mehriban kollektivi tərəfindən pulsuz həyata keçirilib.
Mərkəzin rəhbərliyi, həkimlər-tanınmış cərrahlar Bəhruz Abbasov, Baxşeyiş Məhərrəmov və tibbi bacıları bunun onlar üçün bir insanlıq və vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
Sünnət-xeyriyyə aksiyasının təşkilatçısı olan-Yaşar Zamanovun rəhbərlik etdiyi Bərdə rayon Ağsaqqallar Şurası tərəfindən Bərdə Müalicə Diaqnostika Mərkəzinə minnətdarlıq ifadə olunub, eyni zamanda, Şura adından Mərkəzin bir neçə əməkdaşına-həkim və tibb bacısına hədiyyələr təqdim olunub.
Həmçinin, budəfəki aksiyanın təşəbbüsçüsü olan həm Bərdəli, həm Bakılı İkinci Vətən Müharibəsi Şəhidi Fəxri Qəribzadənin anası Mehparə Qəribova da öz növbəsində bir daha Mərkəzin rəhbərliyinə, həkim və tibb bacılarına, bu məsələdə əməyi, zəhməti keçənlərə öz minnətdarlığını və təşəkkürlərini ifadə edib.
Qeyd edək ki, sünnət-xeyriyyə aksiyası həm də mərhum dövlət başçısı Heydər Əliyevin 100 illiyi ilə bağlı düzənlənib.
Onu da qeyd edək ki, Şəhid anası Mehparə Qəribova və hər zaman Şəhid və Qazi ailələrinin yanında olan Yasin Mustafayevin təşəbbüsü ilə baş tutan sünnət-xeyriyyə aksiyası Bərdə rayon Ağsaqqallar Şurasının təşkilatçılığı və yerli iş adamları-Əliş Şərifov və Sübhan Həsənovun maliyyə dəstəyi ilə düzənlənib.
12:59
***
FOTOLAR










13:08
***















13:23, 12 may 2023
Kamil HƏMZƏOĞLU
Etikxeber.az