50 yaşlı Siyavuş Novruzov “Şöhrət” ordeni ilə təltif olundu – SƏRƏNCAM

Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.

Etikxeber.az-ın AZƏRTAC-a istinadən yaydığı məlumata görə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Siyavuş Novruzovun bu gün 50 yaşı tamam olur.

O, 1969-cu ildə Naxçıvan Muxtar  Respublikasının Babək rayonunda anadan olub.

YAP-ın icra katibinin müavini, parlamentin komitə sədridir.

Etikxeber.az

Read Previous

Ən təhlükəsiz avtomobillərin reytinq siyahısı açıqlandı

Read Next

Sadiq və sədaqətli! – DEPUTAT ÖZ HƏMKARI HAQDA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir