“500-dək şikayət ərizəsi daxil olub ki…” – MÜSAVAT BAŞQANI

Seçkidən iki həftədən çox vaxt keçib, amma MSK öz fəaliyyəti tarixində ilk dəfədir ki, saxtakarlıqlarla bağlı şikayətləri araşdırıb yekunlaşdıra bilmir. Bəzi məlumatlara görə, 500-dək şikayət ərizəsi daxil olub. MSK qarşısında aksiyalar da davam edir. 2005-ci ildən sonra parlament seçkilərindəki saxtakarlılara qarşı bu miqyasda etirazlar olmamışdı. Xüsusilə, 11 fevral və 16 fevral aksiyaları böyük miqyas aldı.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında sabir deputat, deputatlığa namizəd, Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, qeyd edib ki, həm ölkə daxilində, həm də bütün dünyada rezonans doğurdu.

“Bu seçkilərə demokratik seçki don geyindirilməsi mümkün olmadı. İslahat nağılları ifşa edildi.Bu seçkilərdə qarşımıza qoyduğumuz bütün hədəflərə tam nail ola bilməsək də, boş dayanmamaqla cəmiyyətin avtoritarizmə təslim olmadığını, müqavimətin davam etdiyini ortaya qoyduq.

Cəmiyyətin müqavimət gücünü artırdıq. Bu müqavimətin artan xətt üzrə davam etməsi üçün mübarizəmiz davam edir…”-deyə, A. Hacılı iddia edib.

Etikxeber.az

Read Previous

“Ermənistanın atəşkəsi pozması bu ölkənin rəhbərliyinin “inqilabi təşəbbüsləri”nin əsl mahiyyətini açıq şəkildə göstərir” – XİN

Read Next

Azərbaycanda Su çərşənbəsi qeyd olunur – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir