534 yeni yoluxma qeydə alındı-5 NƏFƏR DÜNYASINI DƏYİŞDİ…

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 307 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7106, ötən müddət ərzində isə ümumilikdə 468 967 test aparılıb.

Etikxeber.az

Read Previous

“Əks təqdirdə, ölkə və vətəndaşlarımız çıxılmaz vəziyyətə düşə bilər”-MM-İN KOMİTƏ SƏDRİNDƏN YENİ ÇAĞIRIŞ

Read Next

“Yalvarıram…”-QƏNİRƏ PAŞAYEVA DA NÖVBƏTİ DƏFƏ ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir