9 noyabr, 12 noyabr və 17 noyabr – FƏXR GÜNLƏRİMİZ! – DEPUTAT YAZIR

Noyabr ayı Azərbaycan xalqım və dövlətinin tarixində ən əlamətdar, özünəməxsusluğu ilə seçilən aylardandır.

Bu ay Azərbaycan xalqı, dövləti və dövlətçiliyi üçün tarixi hadisələrlə zəngin bir aydır.

Noyabr ayında 3 gün – Dövlət Günü, rəsmi Bayram kimi qeyd olunur.

Noyabrın 9-u Dövlət Bayrağı, noyabrın 12-si Konstitusiya, noyabrın 17-si isə Milli Dirçəliş Günü kimi qeyd  edilir.

bayraq-7

Bu əlamətdar günlərin hər biri xalqımızın, dövlətimizin əzəmətli tarixini, yaxın və uzaq keçmişini özündə əks etdirir.

Belə ki, 1918-ci ildə, ilk müstəqil Cümhuriyyətimizin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövründə 3 rəngli, ay-ulduzlu bayrağımız qəbul olunmuş və bu tarixi hadisədən 91 il sonra, 2009-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 9 noyabr Dövlər Bayrağıı Günü kimi rəsmi bayramlarımız sırasına daxil edilmişdir.

Bayraq müstəqilliyin, dövlətçilik atributlarının  ən önəmlilərindəndir.

Çünki hələ dövlətlər, millətlər formalaşmazdan əvvəl bayraqlar var olub, tayfaların, qəbilələrin, toplumların mövcudluluqlarının ən vacib rəmzlərindən biri kimi tanınıb.

Döyüşlərə, savaş, hərb meydanlarına  məhz bayraqlarla girilib, baraqlarla atılıb, bayraqlarla qələbələr, zəfərlər əldə edilib.

Odur ki, bayraq-bayraqlar hər bir millətin, dövlətinin ən ali dəyərlərindən, atributlarından biridir, o cümlədən, bizim qarşısında baş əydiyimiz üçrəngli, ay-ulduzlu, Cümhuriyyətçi babalarımızın 101 öncə bizlərə ərməğan qoyub getdikləri  əzəmətli Bayrağımız!

Gün o gün olsun ki, Bayrağımız Azərbaycanın bütün ərazilərində, Qarabağımızda, Şuşamızda, Laçınımızda və digər yurd yerlərimizdə ucalsın, dalğalansın!

konst-gun

12 noyabr Konstitusiya Gününün də xalqımızın, 28 il öncə müstəqilliyini əldə edən dövlətimizin tarixində mühüm yeri var.

Çünki müstəqil dövlət kimi varolmanın əsas şərtlərindən biri məhz Ana Yasa-Konstitusiyadır.

Konstitusiyası olmayan dövlət müstəqil dövlət sayıla bilməz.

Keçmiş sovetlər dövründə Konstitusiyamız olsa da, o, formal xarakter daşıyırdı.

Müstəqilliyimizin ilk dövrlərində isə Ana Yasa finksiyasını 1991-ci ilin 18 oktyabr tarixində qəbul olunmuş tarixi Müstəqillik haqqında Konstitusiya Aktı yerinə yetirirdi.

Amma o da tam deyildi, mükəmməl Konstitusiyaya ehtiyac duyulurdu.

Bu səbəbdən də təşəbbüsçüsü, müəllifi Ulu Öndər olan Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsi hazırlandı, o, bir neçə ay ərzində geniş müzakirələrdən keçirildi və  nəhayət, 1995-ci ilin noyabrın 12-də ümumxalq referendumuna çıxarılaraq, qəbul olundu, birmənalı dəstəkləndi.

1996-cı ildə də 12 noyabr Heydər Əliyevin Sərəncamı ilə Konstitusiya Günü kimi rəsmi bayramlarımız sırasına daxil edildi və 23 ildir ki, bu günü Konstitusiya Günü kimi qeyd edirik.

dircelis

17 noyabr Milli Dirçəliş Günündən isə hesab edirəm ki, geniş danışmağına dəyməz.

Çünki bu tarixi anlar-1988-ci ilin Meydan, Milli-azadlıq hərəkatı, noyabr günləri hamımızın gözləri qarşında baş verib, yaşanıb.

Böyük əksəriyyətimiz həmin tarixi günlərin, noyabr hadisələrinin şahidləri və iştirakçıları olmuşuq.

Məhz həmin günlərdə xalqımızın ikinci müstəqilliyinə gedən yolun əsası, başlanğıcı qoyuldu və cəmi 3 ildən bu yol öz hədəfinə çatdı, Azərbaycan 1991-ci ilin avqustunda ikinci müstəqilliyinə qovuşdu.

Odur ki, 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi və rəsmi bayramlarımız sırasında yerini aldı.

27 ildir həmin günü Milli Dirçəliş Günü kimi qeyd edir və bununla fəxr edirik.

Hər üç əlamətdar tarixlə, möhtəşəm günlərlə bağlı xalqımızı, dövlətimizi təbrik edirik, Bayrağın Uca, Konstitusiyan əbədi-işlək, Dirçəlişin dönməz olsun deyirəm!

kamilla-13

Kamilə ƏLİYEVA,

Millət vəkili, professor, BDU-nun kafedra müdiri

Etikxeber.az

 

 

Read Previous

“Bayrağın bütün guşələrində dalğalansın, Azərbaycanım!” – MİLLƏT VƏKİLİ

Read Next

“Qərəzlidir, amma paradoksal görünsə də, həqiqətdir…” – SAHİB ALIYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir