54 Afrika ölkəsini birləşdirən Pan-Afrika Parlamenti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır – Safiya Elmi Cibril

Özündə 54 Afrika ölkəsini birləşdirən Pan-Afrika Parlamenti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır.

Azərbaycanın Efiopiyadakı səfirliyindən Etikxeber.az-a bildirilib ki, bu fikri Pan Afrika Parlamentinin vitse-prezidenti xanım Safiya Elmi Cibril ölkəmizin Afrika İttifaqı yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevlə görüşündə deyib. Vitse-prezident təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın həyata keçirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Görüşdə E.Abdullayev Azərbaycan haqqında ətraflı məlumat verərək ölkəmizin regionun lider dövləti olduğunu, bölgədə irimiqyaslı layihələrin həyata keçirilməsində məhz Azərbaycanın aparıcı rol oynadığını və bir çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı əlaqələrin inkişafı perspektivləri müzakirə edilib, həm ikitərəfli əsasda, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Etikxeber.az

Read Previous

Məsimli Baltik Assambleyasının 35-ci sessiyasında iştirak edəcək

Read Next

“Azəravtoyol” normadan artıq yüklənmiş maşınlara qarşı mübarizəni gücləndirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir