57 saylı Kürdəmir Dairə Seçki Komissiyası buraxılır? – MSK SƏDRİ İSTİSNA ETMƏDİ

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Milli Məclisə (MM) seçkilərlə əlaqədar 57 saylı Kürdəmir Seçki Dairəsindən qeydiyyata alınmış namizəd Kamal Səlimovun müraciətinə baxılıb.

Etikxeber.az məlumat verir ki, məsələ barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Q. Orucov bildirib ki, qanunvericiliyin tələbinə zidd olaraq namizədin müraciətinə 57 saylı Dairə Seçki Komissiyasında (DSK) baxılmayıb.

Buna görə də MSK müraciətin müvafiq qaydada DSK-ya göndərilməsinə qərar verilib.

Q. Orucov eyni zamanda DSK tərəfindən namizədin müraciətinə baxılmamasına da gələcəkdə MSK-nın qiymət verməsini zəruri sayıb.

MSK sədri Məzahir Pənahov DSK üçün belə bir halı yolverilməz sayıb və həmin DSK-nın gələcəkdə buraxıla biləcəyini söyləyib.

Etikxeber.az

Read Previous

MSK-nın iclası- “48”, “11”, “83” VƏ “82”-DƏ 1 MƏNTƏQƏNİN NƏTİCƏSİ LƏĞV EDİLDİ, BİR NAMİZƏD ŞİKAYƏTİNDƏN GERİ ÇƏKİLDİ, ƏLƏŞRƏFQIZININ ŞİKAYƏTİ SONRAYA SAXLANILDI, NƏSİROVLA BAĞLI MÜZAKİRƏ AÇILDI – YENİLƏNİB – (13)

Read Next

Yeni deputatların-ADLARI AÇIQLANDI – SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir